ABŞ miqrantlar üçün yeni çadır şəhərcikləri salacaq
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti müvəqqəti saxlama mərkəzləri kimi böyük çadır düşərgələri qurmaqla qeyri-qanuni miqrantları saxlamaq və sonradan deportasiya etmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, qeyri-qanuni mühacirlərin deportasiya sürətinin artmasına əsas maneə müvəqqəti saxlama mərkəzlərində yer çatışmazlığıdır. 2025-ci ilin sonuna qədər xidmət çarpayıların sayını 100 000-ə çatdırmağı planlaşdırır.
Ümumilikdə, qurum ABŞ-də 200-dən çox immiqrasiya təcridxanasını idarə edir. (Oxu.az)
Paylaş

ABŞ miqrantlar üçün yeni çadır şəhərcikləri salacaq
20 İyul 2025 02:12
Evi yanan Lənkəran sakini üçün çadır quruldu VİDEO
02 Fevral 2025 11:17
FHN o ailə üçün çadır qurdu FOTO/VİDEO
02 Fevral 2025 11:26
Xaçmazda evi yararsız vəziyyətə düşən ailə üçün çadır qurulub
11 Aprel 2025 14:14
Qəzzaya qayıdan qaçqınlar üçün 3 mindən çox çadır qurulub
13 Fevral 2025 08:08

