ABŞ Misirə 320 milyon dollar hərbi yardım ayıracaq
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ bu ölkədə insan hüquqlarına riayət olunduğunu təsdiqləmək tələbi olmadan Misirə 320 milyon dollar hərbi yardım ayıracaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, müvafiq qərarı ABŞ-nin dövlət katibi Marko Rubio qəbul edib.
Sentyabrın 21-də amerikalı qanunvericilərə ünvanlanmış məktuba əsasən, 2025-ci maliyyə ili üçün nəzərdə tutulmuş vəsaitlər terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyinin təmin edilməsi və silahların yayılmasının qarşısının alınması proqramlarının həyata keçirilməsi üçün Misirə lazımdır.
"Bu tələblərin ləğvi ABŞ və Misir münasibətləri üçün mühüm əhəmiyyət kəsb edir, həmçinin xüsusilə "Epic Fury" əməliyyatı başladıqdan sonra Qahirənin faydalı rolu nəzərə alınmaqla, ABŞ-nin milli təhlükəsizlik prioritetlərindən biridir", - sənəddə bildirilib.
Bununla yanaşı, əməliyyat başladıqdan sonra Misirin rolunun məhz nədən ibarət olduğu dəqiqləşdirilmir.
Misir 1979-cu ildə İsraillə sülh müqaviləsi imzaladıqdan sonra ABŞ-dən əhəmiyyətli həcmdə hərbi yardım alır. 1980-ci illərin sonlarından etibarən Qahirə hər il təxminən 1,3 milyard dollar hərbi yardım əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 01 Oktyabr 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















