Laosun “Ruh şəhəri” Budda parkından FOTOREPORTAJ
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 17 noyabr, AZƏRTAC
Laosun paytaxtı Vyentyanın 25 kilometr cənubunda, Mekonq çayının sol sahilindəki Vat Sienq Khuan (Wat Xieng Khuan) dünyada ən çox budda heykəlinin olduğu parkdır. Yerli əhalinin “Ruh şəhəri” adlandırdığı parkda 200-dən çox budda və hinduizm heykəli var.
Park həm buddist, həm də hindu təlimlərini öyrənmiş rahib Luanq Pu Bunleua Sulilat tərəfindən 1958-ci ildə yaradılıb. Onun rəhbərliyi altında 1958-ci ildən 1975-ci ilə qədər burada 200-dən çox heykəl və tikili inşa edilib. Məqsəd buddist və hinduizm dini-fəlsəfi təsəvvürlərini vahid sənət məkanında birləşdirmək olub. Bu baxımdan Budda parkı Cənub-Şərqi Asiyanın dini və mədəni sintezini əks etdirən qeyri-adi məkanlardan biridir.
Dəmir-betondan hazırlanan heykəllərin üzərində bəzək və naxışlar var. Burada insanlar, tanrılar, heyvanlar və iblislərin heykəlləri mövcuddur. Onların arasında çoxsaylı budda heykəlləri, buddist inancına aid obrazlar, həmçinin Şiva, Vişnu və Brahma kimi hinduizm mifologiyası personajları yer alır. Ehtimal olunur ki, heykəllər rahib Sulilatın rəhbərliyi altında təcrübəsiz işçilər tərəfindən hazırlanıb. Parkın əsas diqqət mərkəzində isə 40 metr uzunluğunda, uzanmış vəziyyətdə olan nəhəng Budda heykəli dayanır.
Muzey kimi fəaliyyət göstərən Budda parkı Laosda əsas görməli yerlərdən biri hesab olunur. Hər gün minlərlə yerli və əcnəbi turist parka baş çəkir.
AZƏRTAC Budda parkından fotoreportajı təqdim edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Noyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















