Icma.az
close
up
RU
Menu

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

“Bu sammitdən sonra NATO buraxıla bilər...” İLGİNC ŞƏRH

“Bu sammitdən sonra NATO buraxıla bilər...” İLGİNC ŞƏRH

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 19-da Çinin Şenjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının növbəti sammiti işə başlayacaq. Rusiya prezidenti V. Putinin və onun ABŞ-lı həmkarı Donald Trampın da sammitdə iştirakı gözlənilir. Bir çoxları bu görüşü “Yalta-2.0” konfransı adlandırırlar.

Yəni, iddia olunur ki, bu görüşdə dünyanın yenidən bölüşdürülməsi müzakirə olunacaq. Bəs, bu nə dərəcədə doğrudur?

Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz belə mülahizələrə o qədər də etibar etmir. Onun fikrincə, bu kimi fikirlər ABŞ və Rusiya tərəfindən ortaya atılmış manipulyativ ideyalardan başqa bir şey deyil:

“Məqsəd isə Çinin getdikcə böyüməsinin qarşısını almaqdır”.

Siyasi şərhçi Çinin bu təkliflərlə razılaşmayacağını belə izah edir: “Məlum olduğu kimi, Çin son 10 il ərzində iqtisadi inkişaf və dünya sənayesinə təsir imkanları baxımından ABŞ-ı xeyli geridə qoyur. Bunu dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının hesabatları da təsdiqləyir. Dünya Bankının məlumatlarına görə, Çin 4,659 trilyon dollar əlavə dəyərlə qlobal istehsala liderlik edir, ABŞ isə 2,497 trilyon dollarla ikinci yerdədir. Göründüyü kimi, iki super güc arasındakı fərq az qala 2 dəfəyə yaxındır.

Digər beynəlxalq maliyyə təşkilatı olan Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatları da Dünya Bankının iddialarını təsdiqləyir. BVF-nin aprel ayında dərc etdiyi proqnozlara görə, Çinin real ÜDM-in illik artım tempi 2017-ci ildən bu ilin əvvəlinə qədər zaman dilimində orta hesabla 5,48%, ABŞ-ınkı isə 2,5% artıb. Eyni dövr üçün qlobal orta göstərici isə 3,26% təşkil edir. Bu göstəricilər də sübut edir ki, Çin iqtisadiyyatı Amerika ilə müqayisədə iki dəfədən çox və qlobal iqtisadi artımdan isə xeyli sürətlə böyüyür.

Vaşinqton üçün ən təhlükəli məqam isə odur ki, dünyanın gələcəyini müəyyənləşdirən iqtisadi riçaqlara sahiblik sahəsində də Çindən xeyli geri qalır. Sirr deyil ki, gələcəyin əsas enerji qaynağı və sənaye xammalı nadir torpaq elementlərindən əmələ gələcək. ABŞ Geoloji Xidmətlərinin (USGS) məlumatlarına görə isə, qlobal nadir torpaq elementləri istehsalı 2024-cü ildə 390.000 tona çatıb ki, bunun da 270.000 tonu Çində istehsal edilib. 17 növ metal oksidindən ibarət olan nadir torpaq elementlərinin təxminən 69 faizini istehsal edən və emal gücü qlobal bazarın 85 faizini təşkil edən Çin artıq çoxdan dominant xammal gücə çevrilib. ABŞ-ın bu sahədə yeganə üstünlüyü incə mikro-çiplərin istehsalını öz əlində tutmaqla məhdudlaşır. Son zamanlar “Nvidia”-casus qalmaqalı ondan xəbər verir ki, Çin bu sahədə də çox önəmli avantajlar əldə bilər və ya artıq edib.

Görünür, ABŞ indidən bu rəqabəti uduzduğunu anladığından Rusiyanı da yanına alaraq Çinlə ortaq məxrəcə gəlməyə çalışır. Bir növ ona “gəl, dünyanı bölüşək” demək istəyir. Amma dərd burasındadır ki, Pekin bu üstünlüyünü müasir dünya düzəninin qaydalarına borcludur. Məhz mövcud qaydalar sayəsində dünyanın yerlə sürünən ölkəsindən ən böyük iqtisadiyyatına çevrilib. Odur ki, Çinin bu təkliflə razılaşması əsla mümkün deyil”.

Təhlilçiyə görə, ABŞ-nin Çindən yeganə üstünlüyü hələlik hərbi sahədədir: “Bununla belə, Çinin hərbi sahədə də son zamanlar gözlənilməz məsafələr qət etdiyi bildirilir. Xüsusilə hərbi dəniz donanması və təyyarə istehsalında. Çinin hərbi sahədə geri qaldığı əsas sektor nüvə gücüdür. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2026-cı ilin iyun ayında dərc etdiyi məlumatlara görə, bu ilin yanvar ayı etibarilə Rusiya və ABŞ müvafiq olaraq 5420 və 5042 nüvə başlığına malik olmaqla dünyada ən çox nüvə silahına malik iki ölkədir.

Çinin nüvə başlıqlarının sayının isə cəmi 620-yə çatdığı təxmin edilir. Maraqlıdır ki, ABŞ, Rusiya və Çin liderlərinin 18-19 noyabr görüşündə nüvə silahlarının istehsalının dayandırılması məsələsinin müzakirə olunacağı gözlənilir. Nüvə gücü sarıdan Rusiya və ABŞ-dan xeyli geri qalan Çinin bu təkliflə də razılaşması mümkün deyil. Böyük ehtimalla, Pekin öz rəqiblərinə “məni də gözləyin, sizə çatım, qalanını sonra müzakirə edərik” deyəcək”.

Bəs Çinə öz iradəsini təlqin etmək istəyən ABŞ Şenjen sammitinə hansı “kartlarla” getmək niyyətindədir?

Heydər Oğuzun fikrincə, Trampın hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bütün siyasətlər əslində sabahkı sammitə hesablanıb və əsas hədəfi isə Çin iqtisadiyyatını yanacaqla təchiz edən kanalların bağlanmasıdır: “Bilirsiniz ki, Tramp hakimiyyətə gəldikdən sonra atdığı ilk addım Venesuelanı ələ keçirmək oldu. Venesuela o dövrə qədər hasil etdiyi neftin 80-85 faizini Çinə satırdı. Dünya neft ehtiyatının hardasa 17%-ni əlində cəmləşdirən Venesuelaya böyük həcmdə investisiya qoymağı planlaşdıran Çin 2000-2023-cü illər arasında bu ölkəyə ümumilikdə 106 milyard dollar kredit vermişdi. Tramp hakimiyyətə gəlməsinin 1 ili tamamlanmamış Venesuela prezidentini əsir götürməklə Çinin bu arzusunu şübhə altına atdı.

Bununla kifayətlənməyib ikinci böyük həmləsini İrana qarşı etdi. Nəticədə İran müharibəsini tamamlamadan həm Hörmüz, həm də Bab-ül-Məntəb boğazlarının bağlanmasına nail oldu. Hazırda isə bu boğazların açılması üçün də yetərli səylər göstərmir. Əksinə, regional gücləri bu müharibəyə cəlb etməyə çalışır. Beləcə, hər iki boğazı keçilməz səddə çevirir. Fikrimcə, bu da səbəbsiz deyil. Belə ki, Çinin öz neft ehtiyacının 50%-ə yaxınını Fars körfəzindən aldığı məlumdur. Müharibəyə qədər Çinin gündəlik 11 milyon barellik neft tələbatının 5.3 milyon bareli körfəz ölkələrinin payına düşürdü. Bunun 1.6 milyon barelini Səudiyyə Ərəbistanından, 1.5 milyon barelinin İrandan, 1.25 milyon barelini İraqdan, 0.76 milyon barelini BƏƏ-dən alırdı. İranla savaş nəticəsində Hörmüz boğazının bağlanması təkcə bu ölkədən deyil, bütövlüklə Fars körfəzindən aldığı neftin kəsilməsinə səbəb oldu. Nəticədə Venesuala və Fars körfəzi neftinin axışının qarşısını kəsməklə ABŞ faktiki olaraq, Çinin neftlə təchizatının hardasa 55%-ni həssas vəziyyətə gətirdi. Və indi Tramp Şenjen sammitinə də bu “kartlarla” gedir. Yəqin ki, Çin lideri ilə görüşündə “ya mənimlə razılaş və Latın Amerikası ölkələrindən çəkil, ya da səni enerji resurslarından məhrum edib tamamilə çöküşünü reallaşdıracağam” deyəcək”.

Həmsöhbətimizin fikrincə, ABŞ-ın Ukrayna-Rusiya savaşı ilə bağlı siyasətinin başlıca hədəfi də əslində Çin üzərində qurmağa çalışdığı oyunlarla əlaqəlidir: “ABŞ müxtəlif yollarla Ukraynanı təslim olmağa məcbur edərək, əslində, Rusiyanı Çindən ayırıb Avropaya yönəltməyə çalışır. Məqsəd Rusiyadan Çinə axan neftin qarşısını kəsməkdir. Bunun üçün isə Rusiya ilə Avropa arasında gərginliyə son qoyulmalı, Avropanı yenidən Rusiya enerjisindən asılı vəziyyətə gətirmək lazımdır. Görünür, bu səbəbdən də müharibənin ən kritik anında Ukraynaya verilən “Starshield” internet xətti kəsilir, Kiyev çarəsiz vəziyyətə salınır”.

Bununla belə, Heydər Oğuz hesab edir ki, Avropa dövlətləri də ABŞ-nin hansı oyunlar qurduğunun fərqindədir və Trampın bu planlarını pozmağa çalışır: “Bilirsiniz ki, gələn il Albaniyada keçirilməsi planlaşdırılan NATO ölkələri liderləri sammiti artıq təxirə salınıb. Zirvənin nə zaman keçiriləcəyi bəlli deyil. Təxirə salınma qərarının APEC-ın Şenjen zirvəsinə bir neçə gün qalmış (15 noyabr 2026-cı il) gündəmə gətirilməsini təsadüfi görünmür. Mümkündür ki, Avropa ölkələri Trampın Şenjendə özünü necə aparmasını izləməyə qərar veriblər. Belə çıxır ki, NATO-nun taleyi də Şenjen zirvəsinin nəticələrindən asılı olacaq. İstisna deyil ki, hələlik dünyanın ikinci ən böyük iqtisadi gücü hesab olunan Avropa İttifaqı Şenjen zirvəsindən sonra ABŞ ilə körpüləri tamamilə yandırıb öz başının çarəsinə baxmaq arayışına girsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see284

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see280

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see277

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see270

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see260

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see256

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see236

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see227

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see224

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see213

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see212

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see209

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see209

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see207

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see204

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see197

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see194

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see183

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri