ABŞ nin 12 dən çox hüquq və texnologiya firmasına hakerlər hücum etdi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Federal Tədqiqatlar Bürosunun (FTB) Vaşinqton bölməsi ABŞ-nin 12-dən çox iri hüquq və texnologiya şirkətinin məruz qaldığı haker hücumlarını araşdırmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Bildirilir ki, son aylarda kompüter sistemləri sıradan çıxarılmış qurumlardan biri böyük siyasətçilərin, o cümlədən ABŞ-nin 42-ci prezidenti Bill Klintonun, habelə keçmiş birinci xanımı və sabiq dövlət katibi Hillari Klintonun maraqlarını təmsil edən nüfuzlu "Williams & Connolly" şirkəti olub. Şirkət müştərilərini xəbərdar edib ki, bədxahlar elektron yazışmaların bir qismini ələ keçirsələr də, məxfi informasiyaları ələ keçirməyə müvəffəq olmayıblar.
Nəşrə yazır ki, hücumlarda Çin hakerlərinin əli ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















