Icma.az
close
up
RU
“ABŞ nin bu mövqeyinə bir neçə təsiredici məqam var”

“ABŞ nin bu mövqeyinə bir neçə təsiredici məqam var”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Bildiyimiz kimi, Gürcüstan-ABŞ münasibətləri uzun illər strateji tərəfdaşlıq çərçivəsində inkişaf etsə də, son illərdə ikitərəfli münasibətlərdə bir qədər soyuqluq müşahidə olunur. Xüsusilə də, hakim Gürcü arzusu partiyasının “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinin qəbulu ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqe kollektiv Qərb tərəfindən kəskin etirazla qarşılandı. Ona görə də, bir sıra gürcü rəsmilərə qarşı sanksiyalar tətbiq olundu və onlar hələ də qüvvədədir. Ehtimal olunurdu ki, Tramp administrasiyası dövründə bu münasibətdə əsaslı dəyişikliklər müşahidə ediləcək, amma ötən dörd ay ərzində bu istiqamətdə heç bir real addım atılmayıb”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

A.Qurbanova ABŞ-nin bu mövqeyinə bir neçə təsiredici məqam olduğunu vurğulayıb: “İlk növbədə onu qeyd etmək lazımdır ki, Amerikanın xarici siyasət prioritetləri sırasında Gürcüstan ilə münasibətlər mühüm əhəmiyyət daşımır. Belə ki, Ukrayna məsələsi, Orta Şərqdəki maraqlar və ya Çin ilə sərhədsiz rəqabət mühitinin formalaşdığı mərhələdə Gürcüstan ilə münasibətlərdəki soyuqluğun aradan qaldırılması arxa planda olan məsələdir”.

Politoloqun sözlərinə görə, digər tərəfdən isə Tramp administrasiyasının sükutu Gürcüstanda baş verən daxili proseslərə cavab reaksiyasının təzahürü olaraq da ifadə edilə bilər: “Nəticə etibarilə ABŞ-Gürcüstan münsibətlərinin gələcəyi regiondakı geosiyasi dinamikadan və Gürcüstanın daxili və xarici siyasətinin əsas istiqamətlərindən asılı olaraq dəyişə bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 May 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri