Icma.az
close
up
RU
Ədliyyə Nazirliyi bölgələrdə videoqəbullar keçirib

Ədliyyə Nazirliyi bölgələrdə videoqəbullar keçirib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Nazirliyin Mətbuat xidmətndən APA-ya verilən xəbərə görə, 21 və 23 iyun tarixlərində regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsinin və İcra xidmətinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, Lənkəran, Göyçay, Bərdə və Gəncə regional ədliyyə idarələri ilə video-konfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbullarda vətəndaşların bələdiyyələrin fəaliyyəti və məhkəmə qərarlarının icrası ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həmçinin onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin aşağıda göstərilən regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər:

• Şəki regional ədliyyə idarəsi: (Şəki şəhəri 20 yanvar küçəsi, 94; tel: (02424) 4-43-19) Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki rayonlarının sakinləri müraciət edə bilərlər.

• Şirvan regional ədliyyə idarəsi: (Şirvan şəhəri, F.İsmayılov küçəsi, 27; tel: (02121) 5-67-27) Şirvan şəhəri, Neftçala, Sabirabad, Salyan və Hacıqabul rayonlarının sakinləri müraciət edə bilərlər.

• İmişli regional ədliyyə idarəsi: (İmişli şəhəri, S.Qazıyeva küçəsi, 12A; tel: (02124) 6-26-94) Beyləqan, Biləsuvar, İmişli və Saatlı rayonlarının sakinləri müraciət edə bilərlər.

• Xaçmaz regional ədliyyə idarəsi: (Xaçmaz şəhəri, H.Əliyev prospekti,17; tel: (02332) 5-18-88) Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarının sakinləri müraciət edə bilərlər.

• Göyçay regional ədliyyə idarəsi: (Göyçay şəhəri, H.Əliyev prospekti, 30; tel: (02027) 4-13-10) Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Göyçay, Ucar və Şamaxı rayonlarının sakinləri müraciət edə bilərlər.

• Lənkəran regional ədliyyə idarəsi: (Lənkaran şəhəri, Nizami küçəsi, 1; tel: (02525) 5-44-91) Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri müraciət edə bilərlər.

• Bərdə regional ədliyyə idarəsi: (Bərdə şəhəri, H.Əliyev prospekti, 110; tel: (02020) 5-16-53) Mingəçevir şəhəri, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarının sakinləri müraciət edə bilərlər.

• Şəmkir regional ədliyyə idarəsi: (Şəmkir şəhəri, H.Əliyev prospekti, 2; tel: (02230) 5-82-50) Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonlarının sakinləri müraciət edə bilərlər.

• Gəncə regional ədliyyə idarəsi: (Gəncə şəhəri, 28 may küçəsi, 52; tel: (022) 254-45-15) Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinləri müraciət edə bilərlər.

• Qarabağ regional ədliyyə idarəsi: (Bakı şəhəri, İnşaatçılar prospekti, 1; tel: (012) 539-11-73) Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının sakinləri müraciət edə bilərlər.

Bu yanaşma çərçivəsində vətəndaşlar əlavə vaxt və maddi vəsait sərf etmədən yaşadıqları əraziyə yaxın regional ədliyyə idarələrindən birbaşa olaraq nazirliyin rəhbər şəxsləri ilə video formatda əlaqə quraraq müraciətlərini çatdırmaq imkanı əldə edirlər.

Xüsusilə ucqar rayon və kəndlərdə yaşayan vətəndaşlar üçün əlverişli olan bu format onların hüquqlarının daha effektiv müdafiəsini təmin edir, habelə ədliyyə sisteminə çıxış imkanlarını genişləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri