ABŞ nin ilk müsəlman senatoru kimdir? Misirli həkimin Amerika sərgüzəşti
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Demokratlar Partiyasının namizədi Əbdül Əl-Sayed Miçiqan ştatından Senata seçkilərdə qələbə qazanaraq, ABŞ tarixində ilk müsəlman senator olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Misir əsilli demokrat namizəd Əbdül Əl-Sayed respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək Senatında yer qazandı.
Qeyd edək ki, president Donald Tramp Əl-Sayedi hədəfə alaraq ona qarşı qarayaxma kampaniyası aparırdı. Onu "amansız, zorakılığa meylli, cihadçı..." adlandırmışdı.
Halbuki həkim-epidemioloq Əbdul Detroytun Səhiyyə Departamentini iflasdan sonra yenidən təkbaşına qurub. Bundan sonra 1,8 milyon sakinə xidmət göstərən Ueyn Qraflığının Səhiyyə, İnsan və Veteranlar Xidmətləri Departamentinə rəhbərlik edərkən uşaqlar üçün pulsuz eynək təmin edib, korporativ çirkləndiricilərlə mübarizə aparıb və 700 milyon dollara qədər tibbi borcun silinməsi üçün proqram başladıb.
Trampın canfəşanlığına baxmayaraq görünən odur ki, Miçiqan sakinləri ərəb əsilli sevimli həkimlərinin fədakarlığını mükafatlandırmaq üçün onu ABŞ Konqresinin Yuxarı Palatasında görmək istəyiblər.
1984-cü ildə Detroytun şəhərətrafı ərazilərindən biri olan Roçester Hillsdə anadan olmuş Əl-Sayed, üç yaşında ikən valideynlərinin boşanmasından sonra atası və ögey anası Jaklin Conson tərəfindən böyüdülüb.
O, Miçiqan və Kolumbiya universitetlərində tibb təhsili alıb və epidemiologiya sahəsində ixtisaslaşıb. 2015-ci ildə Detroyt Səhiyyə Departamentinin rəhbəri təyin edilməsi bütün ölkə mətbuatında geniş əks-səda doğurub.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Noyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















