ABŞ nin İrana qarşı hərbi əməliyyatları regionda təhlükəli situasiya yaradacaq ŞƏRH
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Tramp administrasiyası son zamanlar İrana qarşı sərt təzyiqlər göstərməyə başlayıb. Rəsmi Tehrandan İranın nüvə proqramının ləğvi tələb olunur".
Bunu Redaktor.az-a politoloq Elçin Xalidbəyli ABŞ-İran münasibətlərini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, bu, yalnız İran üçün təhlükə yaratmır:
"Açıq şəkildə bildirilib ki, İrana nüvə silahına sahib olmaq imkanı verilməyəcək. Buna görə də Tramp administrasiyası rəsmi Tehranla təmaslara cəhd göstərir. Ancaq belə təmasların olma ehtimalı inandırıcı deyil. Çünki İran tərəfi öz şərtlərini irəli sürür və ABŞ ilə danışıqlarda məsafə saxlamağa çalışır".
Politoloq qeyd etdi ki, Tramp administrasiyası İranın nüvə proqramı ilə bağlı məsələnin həlli baş tutmayacağı təqdirdə hərbi əməliyyatlar ehtimalını istisna eləmir.
"Bu, yalnız İran üçün deyil, Yaxın Şərq, həm də Cənubi Qafqaz regionları üçün olduqca təhlükəli situasiyanın yaranma ehtimalını ön plana çıxarır. Əgər hər iki tərəf xoşməramlı addımlar atarlarsa, bu zaman ABŞ və İran arasında razılaşma imkanları genişlənmiş olar. Ancaq hələ ki, bu prosesin hansı istiqamətlərə yönələcəyi qeyri-müəyyən olaraq qalmaqdadır", - E.Xalidbəyli bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Mart 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















