Icma.az
close
up
RU
ABŞ nin İsrail siyasəti: Təhlükəsizlik zəmanəti, yoxsa yeni gərginliklərin başlanğıcı?

ABŞ nin İsrail siyasəti: Təhlükəsizlik zəmanəti, yoxsa yeni gərginliklərin başlanğıcı?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin dövlət katibi Marko Rubionun İsrailə səfəri zamanı səsləndirdiyi “Yaxın Şərqdə İsrail kimi ölkələr daha çox olsaydı, dünya daha təhlükəsiz olardı” fikri beynəlxalq arenada geniş müzakirələrə səbəb olub.

Onun bu bəyanatı, xüsusilə, regiondakı mövcud gərginlik, təhlükəsizlik çağırışları və dövlətlərin müdafiə siyasətləri fonunda mühüm əhəmiyyət kəsb edir. İsrailin Yaxın Şərqdə özünəməxsus siyasi və hərbi strategiyaları, regiondakı digər ölkələrdən fərqli idarəçilik modeli və Qərbin dəstəyi ilə inkişaf etmiş təhlükəsizlik sisteminə malik olması bu kimi fikirlərin irəli sürülməsinə səbəb olur. Lakin bu yanaşma müxtəlif perspektivlərdən qiymətləndirilməli, həm region ölkələrinin maraqları, həm də qlobal güc balansı nəzərə alınmalıdır.

Bu fikirlər həqiqətən regionun sabitliyinə töhfə verəcək, yoxsa, bölgədəki mövcud ziddiyyətləri daha da dərinləşdirəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, ABŞ-nin dövlət katibi Marko Rubionun İsrailə səfəri çərçivəsində bu məzmunlu çıxışlar edəcəyi gözlənilən idi:

"Çünki ona administrasiyasında yer verən Trampın özünü də İsraillə çox sıx tellər bağlayır və bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də ideoloji baxımdan dərin köklərə malikdir. Trampın prezidentliyi dövründə İsrailə verdiyi dəstək misilsiz idi və onun bu istiqamətdə atdığı addımlar ABŞ-nin əvvəlki prezidentlərinin siyasətindən kəskin şəkildə fərqlənirdi".

Əlimusa İbrahimov: ABŞ tərəfindən İsraillə bağlı çox ciddi bəyanatlar eşidəcəyik

Onun sözlərinə görə, Marko Rubionun bu bəyanatları həm ABŞ-İsrail münasibətlərinin gələcək illərdəki konturlarını müəyyən edir, həm də Donald Trampın İsrailə səfərinə hazırlıq işlərini yerinə yetirir:

"Yəni biz Trampın dilindən İsraillə bağlı daha ciddi bəyanatlar eşidəcəyik. Amma Rubionun “Yaxın Şərqdə İsrail kimi ölkələr daha çox olsaydı, dünya daha təhlükəsiz olardı” fikrinə gəlincə, əlbəttə ki, o, İsrail perspektivindən bu fikri işlədir və nəzərə almaq lazımdır ki, əgər həm ABŞ, həm də İsrailin Yaxın Şərqdə Yəhudi dövlətinə oxşar dövlətin yaradılması imkanı olsaydı onlar bunu çoxdan edərdilər. Suriya ərazisində muxtar kürd dövlətinin yaradılmasına cəhd də elə bu məqsədlə edilir. Amma hesab edirəm ki, ABŞ-nin bu layihəsinin həyata keçməsinə region dövlətləri heç bir halda imkan verməyəcək".

ABŞ-nin dövlət katibinin İsraillə bağlı səsləndirdiyi fikirlər və politoloqun bəyanata dair təhlili göstərir ki, Vaşinqtonun İsrailə dəstək siyasəti Tramp administrasiyası dövründə daha da güclənib və bu tendensiya gələcəkdə də davam edə bilər. Rubionun “Yaxın Şərqdə İsrail kimi ölkələr daha çox olsaydı, dünya daha təhlükəsiz olardı” fikri, əsasən, ABŞ-İsrail müttəfiqliyinin perspektivindən irəli gəlir:

“Lakin bu yanaşma Yaxın Şərqin geosiyasi reallıqları fonunda ciddi müzakirə mövzusudur. Çünki regionda mövcud etnik, dini və siyasi dinamika İsrail modelinə bənzər yeni bir dövlətin formalaşmasını çətinləşdirir. Bunun ən bariz nümunəsi ABŞ-nin dəstəyi ilə Suriyada kürd muxtariyyətinin yaradılması cəhdidir ki, bu da region ölkələrinin sərt müqaviməti ilə qarşılanır”.

Bütün bu faktorlar nəzərə alındıqda, ABŞ-nin İsrail siyasətinin gələcəkdə də Yaxın Şərqdə güc balansına təsir edəcəyi gözlənilir. Ancaq bu siyasətin həqiqətən regional təhlükəsizliyə töhfə verib-verməyəcəyi, yoxsa yeni münaqişələr üçün zəmin yaradacağı sual altındadır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri