Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

ABŞ nin məşhur “çaypulu”su turistləri narahat edir SSRİ də qadağan edilmişdi

ABŞ nin məşhur “çaypulu”su turistləri narahat edir SSRİ də qadağan edilmişdi

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


ABŞ-də keçirilən Dünya Kuboku oyunlarını izləmək üçün ölkəyə səfər edən bir çox xarici azarkeş restoran və xidmət sektorunda tətbiq olunan “çaypulu” (xidmət haqqı) ənənəsinin onların büdcəsinə əlavə yük yaratdığını bildiriblər.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, müxtəlif ölkələrdən gələn azarkeşlər ABŞ-də hər xidmət üçün “çaypulu” gözlənilməsinin onları təəccübləndirdiyini və bəzən narahat etdiyini deyiblər.
İngiltərədən olan bir azarkeş bildirib ki, restoranlarda yaxşı xidmət müqabilində “çaypulu” verməyi başa düşür. Lakin, sadəcə bir şüşə su alarkən belə “çaypulu” tələb olunması “qəribə” görünür.
Qeyd olunur ki, ABŞ-də bəzi restoran və barlarda xidmət işçilərinin əsas saatlıq əməkhaqqı 2 dollardan bir qədər artıq olur. Buna görə də onların gəlirlərinin əhəmiyyətli hissəsini müştərilərin ödədiyi, adətən hesabın təxminən 20%-i həcmində olan “çaypulu” təşkil edir.
Başqa ölkələrdən gələn azarkeşlər bildirirlər ki, işçilərinə yaxşı maaş vermək müştərinin deyil, şirkətin məsuliyyəti olmalıdır.
Məlumat üçün qeyd edək ki, ABŞ-də “çaypulu” ənənəsinin əsası XIX əsrin sonlarında Avropadan gətirilib. Varlı amerikalılar Avropa səfərlərindən qayıtdıqdan sonra yaxşı xidmətə görə əlavə ödəniş vermək adətini ölkələrinə gətiriblər. Sonralar, xüsusilə Vətəndaş müharibəsindən sonra restoran, otel və dəmir yolu şirkətləri işçilərə aşağı maaş ödəməklə onların gəlirlərini müştərilərin verdiyi “çaypulu” hesabına formalaşdırmağa başlayıblar. Bu sistem zamanla xidmət sektorunun ayrılmaz hissəsinə çevrilib.
ABŞ-də restoranlarda adətən hesabın 15-20, bəzi hallarda isə 20%-dən çoxu miqdarında “çaypulu” vermək yaxşı xidmətin göstəricisi sayılır.
Lakin bu ənənə ABŞ-yə gələn xarici turistlər üçün tez-tez çətinlik yaradır. Yaponiya, Avstraliya və bir sıra Avropa ölkələrində xidmət haqqı ya hesabın daxilində olur, ya da ümumiyyətlə “çaypulu” gözlənilmir. Əksər hallarda isə turistlər nə qədər “çaypulu” verməli olduqlarını bilmədikləri üçün narahatlıq yaşayırlar.
Onu da bildirək ki, ABŞ-dəki kimi olmasa da dünyanın əksər ölkələrində, o cümlədən də Azərbaycanda  “çaypulu” ənənəsi mövcuddur.  Azərbaycanda işlənən “çaypulu” ifadəsinin geniş yayılmasına rus dilindəki  “çayeviye” (“чаевые”) anlayışının böyük təsiri olub. Lakin, bu ifadənin özü rus dilində XIX əsrdə formalaşıb və sonradan Rusiya imperiyasının tərkibində olan ərazilərə, o cümlədən Azərbaycana yayılıb.
XIX əsrdə restoranlarda, meyxanalarda, poçt stansiyalarında və mehmanxanalarda xidmət göstərən işçilərə müştərilər əlavə pul verirdilər ki, işdən sonra “bir stəkan çay içsinlər”.
Bu ənənə XIX əsrin ikinci yarısında Rusiya imperiyasının bütün böyük şəhərlərində, o cümlədən Bakı, Tbilisi və Odessada geniş yayılıb.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “çaypulu” rəsmi olaraq qadağan edilib. Sovet rəhbərliyi hesab edirdi ki, sosialist cəmiyyətində hər kəs əməyinə görə dövlət tərəfindən maaş almalıdır və əlavə pul almaq kapitalist ənənəsidir. Hətta restoranlarda, bərbərxanalarda və digər xidmət müəssisələrində “Çaypulu almırıq” (“Чаевых не берем”) məzmunlu plakatlar asılırdı.

Amma, rəsmi qadağaya baxmayaraq digər ölkələrdə olduğu kimi SSRİ-də də restoran ofisiantları, taksi sürücüləri, bərbərlər, otel işçiləri və yükdaşıyanlar qeyri-rəsmi şəkildə “çaypulu” almaqda davam ediblər.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 İyul 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri