Icma.az
close
up
RU
ABŞ nin NATO nu zəiflətmək və parçalamaq istəyi real təhlükəyə çevrilə bilər ANALİTİK

ABŞ nin NATO nu zəiflətmək və parçalamaq istəyi real təhlükəyə çevrilə bilər ANALİTİK

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 NATO-nun parçalanması yalnız əsas üzv ölkələrin – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə kimi dövlətlərin alyansa inamını itirməsi halında mümkündür


ABŞ NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsini dayandırmağa hazırdır. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq “ABC News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskvanın bu məsələ ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayır və alyansın şərqə doğru genişlənməsi məsələsinə daha ehtiyatla yanaşmağın vaxtıdır. Kelloq əlavə edib ki, bu yöndə diplomatik dialoqun davamı və real addımlar vacibdir. Rusiya isə uzun illərdir NATO-nun sərhədlərinə yaxınlaşmasını öz milli təhlükəsizliyinə təhdid hesab edir.

 ABŞ-ın NATO-nun şərqə doğru genişlənməsini dayandırmağa hazır olduğunu bildirməsi, əslində, böyük güclərin “real siyasət”ə qayıtdığını göstərir. Bu, bir tərəfdən Vaşinqtonun Rusiya ilə gərginliyi azaltmaq istəyi kimi təqdim olunur, digər tərəfdən isə onun Çinlə qarşıdurmaya daha ciddi şəkildə hazırlaşdığına işarədir. Sanki ABŞ, eyni anda həm Rusiya, həm də Çinlə mübarizənin mümkünsüzlüyünü anlayır və indi daha “idarəolunan” bir rəqiblə, yəni Rusiya ilə uzlaşma yolunu seçir.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Kelloqun bu fikirləri ABŞ-nin dünya siyasətində dəyişən yanaşması ilə izah edilməlidir:


“Çünki Co Bayden dünya ağalı uğrunda mübarizədə Rusiyanı əsas təhlükə hesab edirdisə, Donald Tramp üçün prioritet fərqlidir. Tramp hazırda ABŞ üçün əsas təhlükənin Çin olduğunu düşünür. Buna görə də Çini zəiflətmək istəyir. Donald Tramp anlayır ki, Co Bayden administrasiyasının Rusiya ilə ABŞ arasında başlatdığı geosiyasi rəqabət və Rusiyanın Ukraynanı işğal etməklə ABŞ, NATO timsalında Qərbə gözdağı verməsi Vaşinqton-Moskva münasibətlərini ciddi şəkildə tənəzzülə uğradıb. Nəticədə ABŞ eyni həm Rusiya, həm də Çinlə mübarizə apararaq istədiyi strateji məqsədlərə çata bilməz. Tramp administrasiyası bütün potensialını və diqqətini Çinlə rəqabətə yönəltmək niyyətindədir. Buna görə də o, ABŞ və Rusiya arasında maraqlar balansını təmin edəcək bir razılaşma əldə etməyə çalışır. NATO-nun şərqə doğru genişlənməsi məsələsi  Rusiyanın Ukraynanı işğal edərkən əsaslandırdığı səbəblərdən biri idi. Rusiya bu genişlənməyə qarşıdır və bunu rəsmi şəkildə tələb kimi irəli sürür. Bu kontekstdə ehtimal etmək olar ki, Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putini razı salmaq və hər iki tərəfin maraqlarını təmin edən razılaşmaya nail olmaq üçün məhz NATO-nun şərq cinahının genişlənməsi məsələsini arxa plana keçirməyi düşünür. Trampın son addımlarından da görünür ki, o artıq ənənəvi Avropa müttəfiqləri ilə münasibətləri ikinci plana keçirməyə hazırdır. Onun əsas məqsədi Çinə qarşı daha sərt mövqe tutmaq və ABŞ-nin qlobal iqtisadi-siyasi güc mərkəzi kimi mövqeyini qorumaqdır. Çünki hazırda Çin bir çox sahələrdə ABŞ-yə çatıb və bəzilərində hətta onu geridə qoymaq üzrədir. Bu isə Vaşinqtonda ciddi narahatlıq doğurur”.


Ekspert söyləyib ki, Trampın NATO-nun şərqə doğru genişlənməsinə münasibətdə verdiyi mesajlar NATO-nun bütövlüyünə zərər verib-verməyəcəyi məsələsinə gəldikdə isə bu, birbaşa Amerikanın bu məsələyə necə yanaşacağından asılıdır:

“Əgər ABŞ məqsədyönlü şəkildə NATO-nu zəiflətmək və parçalamaq istəyərsə, bu, real təhlükəyə çevrilə bilər.  Digər ölkələr, məsələn, Finlandiya və ya Polşa, NATO-dan çıxmaq barədə düşünərlərsə, bu, daha çox həmin dövlətlərin öz təhlükəsizliyinə zərbə olar. Çünki Rusiya ilə sərhəddə yerləşən və real təhlükə altında olan bu ölkələr üçün NATO əsas təhlükəsizlik təminatıdır. Polşanın və ya digər Şərqi Avropa ölkələrinin NATO-dan çıxması real görünmür. Onlar, hətta ABŞ-nin mövqeyi radikal şəkildə dəyişsə belə, NATO-dan könüllü şəkildə ayrılmazlar. NATO-nun parçalanması yalnız əsas üzv ölkələrin – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə kimi dövlətlərin alyansa inamını itirməsi halında mümkündür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri