Bu virus qlobal təhlükəyə çevrilə bilər Alimlərdən xəbərdarlıq
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Surrey Universitetinin tədqiqatçıları bildiriblər ki, meymun çiçəyi müalicə olunmazsa, qlobal sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Əvvəllər əsasən heyvanlardan insanlara keçən virus indi insandan insana davamlı ötürülmə nümayiş etdirir.
"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Bildirək ki, meymun çiçəyi çiçək xəstəliyini ehtiva edən viruslar ailəsinə aiddir. İnfeksiya yüksək hərarət, şişkin limfa düyünləri və ağrılı səpgi ilə müşayiət olunur və bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər.
Virus əvvəllər ilk növbədə Mərkəzi Afrikada tapılsa da, 2022-ci ildən bu virus bütün dünyaya yayılıb və Sahara-altı Afrikada yeni epidemiyalara səbəb olub. Hazırda infeksiya əsasən böyüklərə təsir edir, lakin elm adamları onun fəsad riski daha yüksək olan uşaqlar arasında sürətlə yayılmağa başlaya biləcəyi barədə xəbərdarlıq edir.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















