Icma.az
close
up
RU
ABŞ nin növbəti güc oyunu: İran və Ermənistan arasında “Tramp körpüsü” qurulur

ABŞ nin növbəti güc oyunu: İran və Ermənistan arasında “Tramp körpüsü” qurulur

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Əldə olunan məlumatlara əsasən, İranın “Zirnevisnews” portalı yazır ki, Rusiya və İspaniya mənbələri – “İzvestiya” və “Periodista Digital” Ermənistan, Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizi ilə bağlı “məxfi razılaşma” əldə olunduğunu iddia edir. Məlumata görə, tərəflər arasında “Tramp körpüsü” adlandırılan 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumu razılaşdırılıb. Bu razılaşma bölgədə yeni siyasi və iqtisadi düzənin xəbərçisi ola bilər.

Yenisabah.az xəbər verir ki, ekspertlərin fikrincə, bu dəhlizin açılması İran üçün həm iqtisadi, həm də geosiyasi baxımdan ciddi itkilərlə nəticələnə bilər. Uzun illərdir Cənubi Qafqazda əsas tranzit rolunu oynayan İran, Zəngəzur dəhlizinin işə düşməsi ilə bu mövqeyini itirə bilər. Beləliklə, İranın Ermənistan və Gürcüstana olan nəqliyyat üstünlüyü zəifləyəcək, bu isə ölkənin bölgədəki təsir dairəsini daraldacaq.

Həmçinin, bu dəhliz Türkiyə ilə Türk dünyasını birləşdirəcək əsas bağlantılardan biri kimi çıxış edəcək ki, bu da İran üçün əlavə narahatlıq doğurur. Tehran Türkiyənin regionda artan nüfuzunu strateji təhlükə kimi görür və Zəngəzur dəhlizi bu prosesə güclü təkan verə bilər. Sezar pizza

Digər tərəfdən, ABŞ-ın bu prosesdə iştirak etməsi İranın maraqları ilə birbaşa ziddiyyət təşkil edir. Tehran Vaşinqtonun bölgədəki mövqelərinin güclənməsindən çəkinir və bu dəhliz, ABŞ-ın İranı siyasi və iqtisadi baxımdan daha da təcrid etmək planlarının bir hissəsi kimi qiymətləndirilə bilər.

Ermənistan üçün bu razılaşma bir sıra üstünlüklər vəd edir. Əgər Zəngəzur dəhlizi beynəlxalq zəmanətlərlə açılarsa, bu ölkənin tranzit imkanları artacaq, iqtisadi canlanma baş verəcək və beynəlxalq layihələrə inteqrasiya imkanları genişlənəcək.

Bundan əlavə, ABŞ və digər Qərb ölkələrinin bu layihədə iştirakı Ermənistanın Qərblə münasibətlərini daha da yaxınlaşdıra bilər. Ermənistan uzun müddətdir ki, Rusiya ilə balanslı siyasət aparmağa çalışırdı. Zəngəzur dəhlizi və bu çərçivədə əldə olunan anlaşma isə Yerevan üçün Qərbə inteqrasiya baxımından yeni mərhələ ola bilər.

Azərbaycan bu dəhliz vasitəsilə əsas məqsədini – Naxçıvana birbaşa quru əlaqəsinin yaradılmasını reallaşdıra bilər. Bu, təkcə ölkədaxili birləşməni təmin etmir, həm də Bakı üçün bölgədə logistik mərkəzə çevrilmək imkanı yaradır. Naxçıvana çıxış Azərbaycanın iqtisadi və hərbi-strateji mövqeyini gücləndirəcək.

Eyni zamanda, bu dəhliz Asiya ilə Avropa arasında mühüm tranzit yoluna çevrilə bilər. Bu isə Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində rolunu artıracaq və regional aktor kimi əhəmiyyətini daha da möhkəmləndirəcək.

ABŞ-nin bu layihədə iştirakı diqqətçəkicidir. Vaşinqtonun əsas məqsədi bölgədə Rusiya və İranın təsirini zəiflətmək, həmçinin Çinlə geoiqtisadi rəqabətdə alternativ marşrutlar yaratmaqdır. Bu kontekstdə Zəngəzur dəhlizi ABŞ üçün strateji əhəmiyyət kəsb edir.

ABŞ eyni zamanda Ermənistanı Qərb orbitinə çəkmək, ölkəni Rusiyadan və İrandan uzaqlaşdırmaq istəyir. Bu, Yerevana təhlükəsizlik zəmanətləri, siyasi dəstək və iqtisadi imkanlar təklif etməklə baş verir.

Əgər iddia edilən razılaşma həqiqətdirsə, bu, bölgədə mövcud geosiyasi balansı ciddi şəkildə dəyişə bilər. İran üçün bu razılaşma təzyiq, Ermənistan üçün fürsət, Azərbaycan üçün isə strateji qələbə anlamına gəlir. ABŞ isə bu yolla həm regionda mövqelərini gücləndirmək, həm də İran və Rusiya təsirini aradan qaldırmaq məqsədinə yaxınlaşmış olacaq. İran mediasının məsələni qabartması da bu narahatlığın və mümkün geosiyasi itkilərin bariz göstəricisidir.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri