Icma.az
close
up
RU
ABŞ nin təklif etdiyi saziş Kiyev üçün hansı riskləri daşıyır? ŞƏRH

ABŞ nin təklif etdiyi saziş Kiyev üçün hansı riskləri daşıyır? ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Asif Nərimanlı: Ukrayna ABŞ-nin planını tam rədd edə bilməz

Rusiya-Ukrayna müharibəsinin gedişatı yeni diplomatik aktivlik mərhələsinə qədəm qoyub. ABŞ-nin təklif etdiyi sülh planı ətrafında gedən müzakirələr həm Kiyev, həm də Qərbdə narahatlıq yaradıb. Təklif edilən şərtlər Ukraynanın gələcək təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı suallar doğurur. Buna baxmayaraq, mövcud geosiyasi balans Kiyevin seçim imkanlarını məhdudlaşdırır. Həmçinin onu danışıqlar masasında daha ehtiyatlı davranmağa məcbur edir. 

Qeyd edək ki, ABŞ administrasiyası ötən həftə Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı yeni çərçivə sazişi təqdim edib. Bu barədə “RBC-Ukraina” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, sənəd NATO-nun 5-ci maddəsinin prinsipləri əsasında hazırlanıb və üç əsas müddəanı əhatə edir.

Sazişə əsasən, Rusiyadan Ukraynaya yenidən silahlı hücum olacağı təqdirdə ABŞ prezidenti ölkənin müdafiəsi üçün silahlı qüvvələrdən, kəşfiyyat və logistik dəstəkdən, eləcə də iqtisadi və diplomatik tədbirlərdən istifadə etmək səlahiyyəti əldə edir.

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a açıqlamasında Amerikanın Ukraynadakı müharibənin başa çatması üçün təqdim etdiyi 28 bəndlik sülh planının Kiyev üçün ciddi itkilər vəd etdiyini söyləyib: 

"Ərazi baxımından Ukraynanın müəyyən torpaqlarının de facto Rusiya nəzarətinə keçməsi nəzərdə tutulur. Bunun qarşılığında isə təhlükəsizlik zəmanəti verilməsi planlaşdırılsa da, bu zəmanətin necə təmin olunacağı açıqlanmır. Eyni zamanda NATO üzvü olmayan Ukraynaya hərbi qüvvələrin yerləşdirilməsi nəzərdə tutulmur. Bu vəziyyətdə təhlükəsizlik zəmanətinin effektivliyi şübhə altına düşür. Belə görünür ki, Amerika Ukraynanı sülh planına razı salmaq üçün yalnız zəmanətçi rolu oynamağa çalışır, amma onun praktiki icrası barədə ətraflı məlumat vermir. Hazırki vəziyyət göstərir ki, Ukraynanın ABŞ-nin təqdim etdiyi sülh planından tamamilə imtina etməsi və ya müqavimət göstərməsi ehtimalı zəifdir. Cenevrədə aparılan danışıqlar da bunu təsdiqləyir. Ukrayna geri çəkilə və ya planı rədd edə bilmir, lakin eyni zamanda mövqeyini gücləndirməyə çalışır. Ukrayna, Avropalı tərəfdaşlarla birgə ABŞ-ni Kiyevin mövqeyini nəzərə almağa razı salmaq niyyətindədir".

Ekspert bildirib ki, diplomatik danışıqların davam edəcəyi gözlənilir:

"Lakin prinsipial məsələlərdə ciddi dəyişiklik olacağı ehtimalı azdır. Prinsipial məsələlərə Ukraynanın NATO-ya qoşulması kimi mövzular daxildir ki, bunlar həm Ukrayna, həm də Rusiya üçün önəmlidir. Lakin Ukraynanın mövqeyini nəzərə almaq və onu razı salmaq üçün planın bəzi maddələrində dəyişiklik edilə bilər. Bu dəyişikliklərdən biri təhlükəsizlik zəmanətlərinin necə veriləcəyinin açıqlanması ilə bağlı ola bilər. Həmçinin Zaparoji Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı Ukraynanın mövqeyinə uyğun maddələr də plana daxil edilə bilər. Adətən bu cür danışıqlarda hər iki tərəf döyüş meydanında fəaliyyətini aktivləşdirərək masada mövqeyini gücləndirməyə çalışır. Biz bunu müşahidə edə bilərik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri