Icma.az
close
up
RU
ABŞ nin Ukrayna üzrə yenilənmiş sülh planı KONKRET

ABŞ nin Ukrayna üzrə yenilənmiş sülh planı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Ukrayna münaqişəsini bitirmək üçün hazırladığı plan layihəsi beynəlxalq mediada manşet mövzusu olaraq qalır. Kreml sözçüsü Dmitri Peskov mediada çoxlu ziddiyyətli məlumatlar yayıldığı üçün hər bir xəbəri şərh etməyin mümkün olmadığını vurğulayıb.

Son məlumatlar belədir:

Financial Times qəzetinə görə, Tramp administrasiyasının Ukrayna sülh planı bazar günü Cenevrədə keçirilən ABŞ–Ukrayna–AB danışıqlarından sonra 28 maddədən 19 maddəyə endirilib.

Peskov bildirib ki, Rusiya planın yenilənmiş versiyasını hələ almayıb.

Kreml sözçüsü təsdiqləyib ki, ilkin plan avqust ayında Alyaskada keçirilən Rusiya–ABŞ sammitində əldə olunan razılaşmalar əsasında hazırlanıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, plan ətrafında çoxlu şayiələr var, lakin Rusiya yalnız rəsmi kanallarla ötürülən versiyaya etibar edir.

Uşakov əlavə edib ki, ABŞ planı ilə bağlı Rusiya ilə hələ ciddi danışıqlar aparılmayıb.

Planın yenilənmiş versiyasından Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsini nəzərdə tutan maddə xüsusi olaraq çıxarılıb.

Bildirilir ki, hazırda ABŞ, Rusiya və Ukrayna nümayəndələri planı müzakirə etmək üçün BƏƏ-dədirlər.

Ağ Evin sözçüsü Leavittin sözlərinə görə, Tramp administrasiyası bir neçə “mübahisəli məqam” üzərində işləyərək planı təkmilləşdirməyə davam edir və ABŞ prezidenti razılaşmanın əldə olunacağına ümid və nikbinliyini qoruyur.

Vladimir Zelenski Tramp ilə planın mübahisəli məqamlarını müzakirə etməyə hazır olduğunu bildirsə də, Ağ Ev Tramp–Zelenski görüşünün hazırda gündəmdə olmadığını vurğulayıb.

“Wall Street Journal” qəzeti yazır ki, Ukrayna sülh razılaşması prosesi Qəzza zolağında atəşkəs əldə edildikdən sonra bu plan üzərində işləməyə başlayan ABŞ-nin xüsusi nümayəndəsi Steven Witkoff və Trampın kürəkəni Cared Kuşner tərəfindən başladılıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri