ABŞ nin Yaxın Şərq planında yeni ssenari Açıqlama
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Yaxın Şərqdə ABŞ hərbi bazalarının fəaliyyətini əvvəlki vəziyyətinə qaytarmasına imkan verməyəcəyini açıqlaması regionda təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. İran ordusunun komandanı Əmir Hatəmi ABŞ bazalarının əvvəlki statusuna qayıtmasına icazə verilməyəcəyini bildirib və Vaşinqtonun Fars körfəzi, Oman dənizi və Hörmüz boğazındakı mövcudluğuna qarşı sərt mövqe ifadə edib.
Bu açıqlama ABŞ-İran münasibətlərində gərginliyin tam aradan qalxmadığını və tərəflər arasında hərbi qarşıdurma riskinin hələ də gündəmdə olduğunu göstərir. Xüsusilə ABŞ-nin regiondakı hərbi infrastrukturunun gələcək fəaliyyəti ilə bağlı Tehran və Vaşinqtonun mövqelərinin toqquşması Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə və Hörmüz boğazı ətrafındakı proseslərə təsir göstərə bilər.
Bəs İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının fəaliyyətinin bərpasına qarşı çıxması regionda hərbi qarşıdurma riskini nə dərəcədə artırır? Tehran bu mövqeyi ilə ABŞ-nin bölgədəki hərbi strategiyasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, ABŞ-İran münasibətlərində gərginliyin artması fonunda Vaşinqtonun Yaxın Şərqdəki hərbi imkanlarını gücləndirməsi və regiondakı hərbi bazalarının hazırlıq səviyyəsini artırması ehtimalı kifayət qədər yüksəkdir.
Onun sözlərinə görə, hazırda ABŞ-nin regionda 50 mindən çox hərbi qulluqçusunun olduğu bildirilir və bu qüvvələr müxtəlif ölkələrdəki hərbi bazalarda yerləşdirilib:
“Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı mövcudluğu, xüsusilə Hörmüz boğazı və ona yaxın ərazilərdəki hərbi aktivlik, Vaşinqtonun strateji baxımdan bu istiqamətə xüsusi önəm verdiyini göstərir.
Fikrimcə, Vaşinqton hazırkı mərhələdə əsasən diplomatik və siyasi imkanlardan istifadə etməyə, İranla danışıqlar yolu ilə müəyyən razılaşmaya nail olmağa çalışır. Bununla belə, danışıqların nəticəsiz qalması və tərəflər arasında kompromis imkanlarının tükənməsi halında hərbi ssenarinin yenidən daha ciddi şəkildə gündəmə gəlməsi mümkündür. Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət ABŞ və İran arasında qarşıdurmanın əsas eskalasiya nöqtələrindən birinə çevrilib.
Bu baxımdan, ABŞ-nin regiona əlavə hərbi kontingent göndərməsi, mövcud qüvvələrin sayını artırması və hərbi bazalarda hazırlıq səviyyəsini yüksəltməsi həm mümkün hərbi əməliyyata hazırlıq, həm də İrana qarşı çəkindirmə vasitəsi kimi qiymətləndirilə bilər. Yəni bu addımlar mütləq şəkildə müharibənin başlayacağı anlamına gəlmir. Əksinə, Vaşinqton hərbi güc nümayiş etdirməklə Tehrana təzyiq göstərmək və onu danışıqlar masasında daha əlverişli şərtlərə razı salmaq məqsədi də güdə bilər.
Amma danışıqların nəticə verməməsi, Hörmüz boğazında vəziyyətin daha da kəskinləşməsi və qarşılıqlı hərbi zərbələrin intensivləşməsi halında prosesin lokal qarşıdurmadan daha genişmiqyaslı müharibəyə çevrilməsi riski artır. Belə bir ssenaridə məsələ yalnız ABŞ və İran arasındakı qarşıdurma ilə məhdudlaşmaya, regiondakı ABŞ hərbi bazaları, enerji infrastrukturu və dəniz nəqliyyatının təhlükəsizliyi də birbaşa hədəfə çevrilə bilər.
Ona görə də hesab edirəm ki, Vaşinqton üçün hazırkı vəziyyət kifayət qədər həssas mərhələdir. ABŞ bir tərəfdən danışıqlar yolu ilə nəticə əldə etməyə çalışır, digər tərəfdən isə mümkün uğursuzluq halında hərbi variantı real seçim kimi saxlamaq istəyir. Çünki prosesin uzun müddət nəzarətsiz şəkildə davam etməsi Vaşinqtonun regiondakı çəkindirici gücü və siyasi nüfuzu baxımından da müəyyən risklər yarada bilər. Bu səbəbdən ABŞ-ın regiona əlavə hərbi qüvvələr cəlb etməsi ehtimalını həm mümkün hərbi eskalasiyaya hazırlıq, həm də diplomatik danışıqlarda mövqeləri gücləndirməyə hesablanmış təzyiq mexanizmi kimi qiymətləndirmək olar”, - deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Yaxın Şərq planı: ABŞ Türkiyə ilə birgə hərəkət edəcək Açıqlama
23 Dekabr 2024 12:57
ABŞ nin İran planında əsas hədəf dəyişdi Açıqlama
26 Avqust 2026 13:08
ABŞ nin Yaxın Şərq əməliyyatlarına dəstək
20 İyul 2026 21:12
ABŞ Yaxın Şərq planında Bakıya güvənir? Pezeşkian İranın hədəfini açıqladı VİDEO
03 Mart 2026 00:41
Yaxın Şərq nüvə UÇURUMUNDA Qorxunc ssenari reallığa ÇEVRİLİR?
01 Aprel 2026 18:02
Baxış sayı:89
Bu xəbər 17 Avqust 2026 18:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları