Icma.az
close
up
RU
ABŞ nin İran planında əsas hədəf dəyişdi Açıqlama

ABŞ nin İran planında əsas hədəf dəyişdi Açıqlama

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq yeni mərhələyə keçib. Vaşinqton Tehranın əsas gəlir mənbələrini və beynəlxalq ticarət əlaqələrini məhdudlaşdırmaqla yanaşı, İranla əməkdaşlıq edən digər ölkələrə qarşı da sanksiya təhdidlərini artırır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, İranın uzun illərdir sanksiyalar şəraitində yaşaması ABŞ-nin yeni təzyiq kampaniyasının effektivliyinə müəyyən mənada məhdudiyyət yaradır.
Onun sözlərinə görə, Tehran artıq sanksiyaları müvəqqəti problem kimi deyil, iqtisadi sisteminin daimi reallığı kimi çoxdan qəbul edib və bu müddətdə alternativ ödəniş mexanizmləri, vasitəçi şirkətlər, kölgə bankçılığı, milli valyutalarla hesablaşmalar və qeyri-rəsmi ticarət kanalları formalaşdırıb:
“Vaşinqton da bunu kifayət qədər yaxşı bilir və ABŞ Maliyyə Nazirliyi İranın xarici valyuta əməliyyatlarında çoxsaylı ölkələrə yayılan şəbəkələrdən istifadə etdiyini bildirib. Elə İran neftinin satışında yuanın mühüm rol oynaması da bu alternativ sistemin miqyasını göstərir.
Lakin bu, heç də o anlama gəlmir ki, ABŞ-nin tətbiq etdiyi yeni iqtisadi təcrid və sanksiyaların heç bir təsiri olmayacaq. Çünki Vaşinqtonun hazırkı yanaşmasının əvvəlkilərdən fərqi İranın xarici tərəfdaşlarını da seçim qarşısında qoymasıdır. ABŞ artıq Çin, BƏƏ, Türkiyə və İraq kimi İranla iqtisadi əlaqələri olan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyini açıq şəkildə bildirir. Yeni kampaniya maliyyə, gəmiçilik, texnologiya, qızıl, aviasiya və rəqəmsal aktivlər kimi sahələri də əhatə edir.
Burada əsas məsələ, şübhəsiz ki, Çinin mövqeyidir. Çin İran neftinin əsas alıcısı olaraq qalır və mürəkkəb maliyyə mexanizmləri vasitəsilə ticarəti davam etdirir. Buna görə ABŞ İranı həqiqətən iqtisadi cəhətdən boğmaq istəyirsə, Pekinin iştirak etdiyi kanallara daha ciddi zərbə vurmalı olacaq. Ancaq problem ondadır ki, bu addım Vaşinqton üçün İran məsələsini ABŞ-Çin qarşıdurmasının yeni cəbhəsinə çevirə bilər.
Odur ki, sanksiyalar İranı zəiflətsə də, eyni zamanda Tehranı Rusiya, Çin və digər qeyri-Qərb tərəfdaşları ilə daha sıx əməkdaşlığa sövq edə bilər. Başqa sözlə, Vaşinqtonun məqsədi İranı beynəlxalq iqtisadi sistemdən təcrid etməkdirsə, nəticə əksinə, alternativ iqtisadi və maliyyə sistemlərinin daha sürətli formalaşması ola bilər. Ona görə ABŞ-nin indiki sanksiyalarının effektivliyi İranın Çin, Rusiya və digər tərəfdaşlarının davranışından asılı olacaq deyə bilərik. Əgər onlar sanksiyalar səbəbilə İranla ənənəvi ticarət münasibətlərindən imtina etsələr və ya ticarətin həcmini azaltsalar, bu zaman İran üçün olduqca ağır olacaq. Belə ki, İranın indiyə qədər sanksiyalara dözə bilməsinin ən mühüm səbəblərindən biri məhz tərəfdaş ölkələrin İranla ticarət münasibətlərini davam etdirməsi, daha dəqiqi, İranın neftini alması olub.
Nəticədə, ABŞ-nin yeni sanksiya strategiyası İranın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədə bilər, lakin Tehranı tam təcrid etmək xeyli çətin görünür. Ən böyük təhlükə isə sanksiyaların İrandan gözlənilən siyasi güzəştlərə nail olmaq əvəzinə, İranı daha çox Çin və Rusiya istiqamətinə itələməsi və regionda yeni təhlükəsizlik böhranlarının yaranmasına səbəb olmasıdır. Buna görə də, zənnimcə, Vaşinqton üçün indi ən vacib məsələ İranın özündən daha çox, onun tərəfdaşlarını təzyiq altında saxlamaqdan ibarət olacaq”, - deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri