Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hökumətin ilkin hesablamalarına əsasən, Nepalın dağıdıcı daşqınlardan sonra bərpası üçün təxminən 723,3 milyard rupi (təxminən 4,7 milyard dollar) tələb olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu məbləğin təxminən 75%-i infrastruktur üçün nəzərdə tutulub. Daşqınlardan ən çox enerji və nəqliyyat sektorları təsirlənib: elektrik şəbəkəsinin bərpası üçün 390,6 milyard rupi, nəqliyyat şəbəkəsi üçün isə daha 73,3 milyard tələb olunacaq.
Daşqın 69 kilometrlik yola zərər vurub və 33 yol körpüsünü yuyub aparıb. 7500-dən çox ev, onlarla ictimai bina, məktəb və tibb müəssisəsi də zərər görüb.
Son rəqəmlərə görə, təbii fəlakət nəticəsində 1370 nəfər ölüb, daha 5130 nəfər itkin düşüb.
Daha əvvəl, dağıdıcı daşqınlardan 11 gün sonra Nepalda 64 yaşlı bir qadın xilas edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 11 Sentyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















