ABŞ nin yeni hərbi avantüralarının nəticələri olacaq İran XİN
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.
Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.
Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 İyul 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















