Almniya klubu Nottingem Forest in hücumçusuna elçi düşüb
Icma.az, sport24.az saytına istinadən bildirir.
Franskfurt "Ayntraxt"ı qış "transfer pəncərəsi" dövründə "Nottingem Forest"in hücumçusu Arno Kalimuendonu heyətinə qatmaq imkanını nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
24 yaşlı fransız futbolçu yanvarda başqa kluba keçmək istəsə, İngiltərə təmsilçisi buna mane olmayacaq. Lakin "Forest" oyunçunun daimi transferinə üstünlük verir və bu keçiddən 30 milyon avroya qədər vəsait əldə etməyi planlaşdırır.
Nəzəri cəhətdən futbolçunun icarəyə verilməsi də mümkündür. Belə ki, "Nottingem Forest"də hazırda icarə oyunçusu üçün bir boş yer var və gələcəkdə daha bir yerin olacağı ehtimalı da mövcuddur.
"Ayntraxt" Kalimuendonu yüksək qiymətləndirir, lakin tələb olunan məbləğ qarşılığında daimi transferin həyata keçirilməsi Almaniya klubu üçün hazırda real görünmür.
Qeyd edək ki, fransız hücumçunun "Nottingem Forest"lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. O, cari mövsümdə Premyer Liqada cəmi 50 dəqiqə, Liqa Kubokunda isə 60 dəqiqə meydanda olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 11 Noyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















