Icma.az
close
up
RU
ABŞ nin yeni tarif dalğası: Qlobal bazarları nə gözləyir?

ABŞ nin yeni tarif dalğası: Qlobal bazarları nə gözləyir?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Vaşinqtonun altı sənaye sektorunda əlavə tarifləri gündəmə gətirməsi və paralel olaraq bütün ölkələrdən idxala on faiz rüsum tətbiqi qərarı ABŞ-nin iqtisadi strategiyasında daha sərt mərhələyə keçidin siqnalı kimi görünür.

Söhbət artıq təkcə Çinlə rəqabətdən getmir, daha geniş mənada sənaye təhlükəsizliyi və milli istehsalın qorunması anlayışı ön plana çıxarılır. Xüsusilə yüksək tutumlu batareyalar, sənaye kimyəvi maddələri və enerji infrastrukturu avadanlıqları kimi sahələr seçilir ki, bu da göstərir ki, əsas məqsəd strateji texnologiyalar və enerji keçidi ilə bağlı zəncirləri nəzarət altına almaqdır.

Ticarət Qanununun 232-ci maddəsinin tətbiqi isə iqtisadi qərarı hüquqi müstəvidə milli təhlükəsizlik çərçivəsinə yerləşdirir və prezidentə geniş manevr imkanı verir. Bu yanaşma ABŞ-nin proteksionist kursunu sistemli və davamlı siyasətə çevirmək niyyətini göstərir.

Digər tərəfdən, bütün ölkələrə şamil olunan on faizlik ümumi rüsum qlobal ticarət balansında yeni gərginlik yarada bilər. Bu addım müttəfiqlərlə belə münasibətlərdə əlavə suallar doğurur, çünki tariflərin universallığı onları konkret rəqibə qarşı deyil, ümumi idxal modelinə qarşı yönəldir. Nəticədə ABŞ bazarına çıxışın bahalaşması dünya üzrə istehsal və təchizat zəncirlərini yenidən formalaşdıra bilər. Qısamüddətli perspektivdə bu siyasət daxili istehsalı stimullaşdırmaq məqsədi daşısa da, orta və uzunmüddətli mərhələdə qiymət artımı, cavab tarifləri və ticarət tərəfdaşları ilə gərginlik riskini artırır.

ABŞ administrasiyası bunu milli təhlükəsizlik və iqtisadi suverenlik çərçivəsində əsaslandırır, lakin qlobal iqtisadi sistem üçün bu qərar yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see309

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see283

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see273

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see267

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see262

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see251

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see250

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see242

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see238

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see235

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see235

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see230

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see220

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see219

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see212

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see206

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see204

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see193

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri