ABŞ nümayəndələri İslamabada gedir
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Vaşinqton nümayəndələri Tehranla yeni danışıqlar raundu üçün sabah İslamabada gedəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O, İranın dünən Hörmüz boğazında Fransa və Britaniya gəmilərinə atəş açdığını deyib və bunu "çirkin hərəkət" adlandırıb.
"İran bu yaxınlarda boğazı bağladığını elan etdi, bu qəribədir, çünki blokadamız artıq onu bağlayıb. Onlar bizə xəbərsiz kömək edirlər və boğazı bağladıqlarına görə gündə 500 milyon dollar itirənlər onlardır! ABŞ heç nə itirmir", - deyə Tramp sosial media platforması "TruthSocial"da yazıb.
ABŞ prezidenti bir daha qeyd edib ki, Vaşinqton "məqbul bir razılaşma" təklif edir və İran bunu qəbul etməsə, ABŞ ordusu İslam Respublikasındakı "bütün elektrik stansiyalarını və körpüləri vuracaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Aprel 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















