ABŞ nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə gücümüzü birləşdirsək, daha çox nəticəyə nail olacağıq
Icma.az bildirir, Sherg.az portalına istinadən.
"İqlim dəyişikliyi ilə mübarizədə gücümüzü birləşdirsək, daha çox nəticəyə nail olacağıq".
APA xəbər verir ki, bunu ABŞ-nin Nümayəndələr Palatasının üzvü Morqan Qriffit bugünkü mətbuat konfransında söyləyib.
O bildirib ki, Konqresdə təmsil etdiyi Virciniya ştatı təbii qaz ehtiyatlarına malikdir və ərazinin iqtisadiyyatı bilavasitə bundan asılıdır.
Palata üzvü vurğulayıb ki, Virciniya ərazisini ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək bir nömrəli məqsəd kimi müəyyən edilib:
"İqlim probleminin həlli üçün bu, son dərəcə vacibdir. Hazırda ştatımızda bu istiqamətdə tədqiqatlar aparılır. Ona görə də mən tərəflərə müraciət edib hər kəsi İqlim Razılaşmasının əldə olunması istiqamətində daha geniş fəaliyyət göstərməyə dəvət edirəm. Çünki bu fəaliyyətdən bütövlükdə planetimizin gələcəyi asılıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















