Icma.az
close
up
RU
Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskvanın Tversk Məhkəməsi Rusiya paytaxtının böyük ticarət mərkəzləri olan "Kolumbus", "Prajski Passaj" və "Armada" mebel mərkəzinin keçmiş həmtəsisçisi Solomon Manaşirovu qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

"Yeni Sabah" Kommersant-a istinadla xəbər verir ki, beynəlxalq axtarışda olan iş adamı hədə-qorxu yolu ilə pul tələb etmə, vergidən yayınma və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Məhkəmə Manaşirovun istintaq zamanı müsadirə edilmiş 141 milyon rubl dəyərində əmlakının müsadirəsi və zərərçəkmiş tərəfin 530 milyon rubl məbləğində mülki iddiasının təmin edilməsi barədə qərar çıxarıb. Dördpendirli pizza

Hökm dövlət ittihamçısının tələb etdiyi cəzaya uyğundur.

Azərbaycanın Qırmızı Qəsəbə (Quba rayonu) kəndində anadan olan 55 yaşlı Manaşirova 2016-cı ilin mart ayında ittiham irəli sürülüb. Ona məxsus olan "Karenfor" şirkəti Moskvanın Kirovoqrad küçəsində ticarət mərkəzinə sahib olan vergidən yayınmaqda ittiham olunurdu.

İstintaq müəyyən edib ki, 2012-2014-cü illər arasında şirkət təxminən 978 milyon rubl məbləğində əlavə dəyər vergisi ödəməyib. Prokurorluğun məlumatına görə, vəsaitlər sonradan 18 əlaqəli təşkilat vasitəsilə yuyulub.

Daha sonra qovluğa şantaj işi əlavə edilib. İstintaqın və məhkəmənin məlumatına görə, Solomon Manaşirov böyük qardaşı Gennadi ilə birlikdə iş adamı Januko Rafailov və qardaşı Dondan cinayət ittihamlarından imtina etmələri müqabilində 5 milyon dollar tələb ediblər. Qardaşlar məsələnin həlli üçün Moskva polisi ilə əlaqələrindən istifadə etmək niyyətində olublar.

2015-ci ilin noyabr ayında Rafailov FSB-yə müraciət etdikdən sonra 2 müstəntiq və vasitəçi kimi çıxış edən Gennadi Manaşirov 2 milyon rubl məbləğində ilk hissənin köçürülməsi zamanı saxlanılıb. 2018-ci ildə sxemin iştirakçıları korrupsiya cinayətlərində məhkum ediliblər.

Daha sonra Gennadi Manaşirov rüşvət və şantaj ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 2026-cı ilin sentyabr ayında onun məhkəməsi də qətl ittihamı ilə başlayəb və müstəntiqlər bunun təxminən 24 il əvvəl qan davası zəminində törədildiyini düşünülür.

Solomon Manaşirov Rusiyanı 2016-cı ildə tərk edib və o vaxtdan bəri xaricdədir. Onun İsrail pasportu var. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Noyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri