Icma.az
close
up
RU
ABŞ onlarla sığınacaq axtaran rusiyalını deportasiya edib

ABŞ onlarla sığınacaq axtaran rusiyalını deportasiya edib

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ immiqrasiya hakimiyyət orqanları onlarla rusiyalı sığınacaq axtaran şəxsi Moskvaya deportasiya edib. Onların arasında dezertirliyə görə axtarışda olan keçmiş hərbçi də olub və o, dərhal saxlanılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Polisi (ICE) tərəfindən təşkil olunan ən azı iki deportasiya reysi Luiziana ştatındakı Aleksandriya saxlanma mərkəzindən qalxaraq Qahirəyə (Misir) enib. Burada rusiyalı sığınacaq axtaranlar Misir və Rusiya hakimiyyətlərinin iştirakı ilə Moskvaya yola salınıb. İlk reys iyun ayının ortasında baş tutub və təxminən 30 nəfər, sonuncu reys isə 27 avqustda baş tutaraq 50 nəfərə yaxın şəxsi aparıb.

“Bizi qandalladılar, əl-qolumuzu bağladılar və ICE təyyarəsinə mindirib Qahirəyə göndərdilər”, – adının açıqlanmasını istəməyən deportasiya olunanlardan biri danışıb. Onun sözlərinə görə, sənədləri əlindən alınıb və iki saatlıq fasilədən sonra Misir polisi onlara Moskvaya uçmağı əmr edib.
Moskva hava limanına enişdən sonra deportasiya olunanlar Rusiya güc strukturları tərəfindən “filtrasiya”ya – sorğu-suala məruz qalıb. Cinayət işi olmayanlar buraxılıb.

Deportasiya olunanlar arasında 25 yaşlı keçmiş hərbçi Andrey Vovçenko da olub. O, 2022-ci ilin oktyabrında hərbi hissəsini tərk etmiş və Rusiya Müdafiə Nazirliyi tərəfindən dezertir kimi axtarışa verilmişdi. Ona 10 ilə qədər həbs cəzası təhlükəsi var. Şahidlərin dediyinə görə, Vovçenko Moskvaya aparılmamaq üçün yalvarıb, lakin Misir polisi onu zorla təyyarəyə mindirib və oturacağa bağlayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) məsələyə dair şərh verməyib. ABŞ və Misir orqanlarının bu əməkdaşlığı Rusiya xüsusi xidmətlərinin deportasiya olunan şəxslərə çıxışının əvvəlcədən bilindiyini gündəmə gətirib.

Rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkin bildirib: “Təəssüf ki, ən pis qorxularımız gerçəkləşir. Putinin müharibəsindən və repressiyalarından qaçan insanlar ABŞ-da məhbus kimi saxlanılır, bəziləri isə FSB-yə təhvil verilir. Bu, qəddarlıq və rüsvayçılıqdır”.

Çərşənbə günü Rusiya müxalifətinin aparıcı simaları — Yuliya Navalnaya, Vladimir Kara-Murza və İlya Yaşin Kanadanın baş naziri Mark Karnini ABŞ-dan deportasiya təhlükəsi ilə üzləşən rusiyalılara sığınacaq verməyə çağırıblar.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Sentyabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri