ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn işi” ilə bağlı bu addımı tənqid olundu
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Ədliyyə Nazirliyi məşhur maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallar arasında onlarla çılpaq qız şəkillərini yayımlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, nazirliyin saytında üzləri bulanıqlaşdırılmamış və ya örtülməmiş insanların əks olunduğu 40 kadr yerləşdirilib. Bildirilir ki, şəkillər Epşteynin adasında, yataq otaqlarında və maliyyəçiyə məxsus digər otaqlarda çəkilib. Kadrlarda əks olun bu insanların bəziləri yetkinlik yaşına çatmamış şəxslər olub.
Vəkillərin sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşları bu işdə etinasızlığa yol veriblər, belə ki, onlar cinsi xarakterli təsvirləri dərc etməzdən əvvəl qurbanların identifikasiya edilməməsi üçün bu şəkilləri redaktə etməli idilər. Onlar 180 min şəkildə Epşteynin cinayətləri ilə əlaqəli ola biləcək məşhurların adlarının diqqətlə gizlədildiyi halda, qurbanların kadrlarının senzurasız yayımlandığı üçün narazılıqlarını ifadə ediblər.
Məlumata görə, sərt tənqidlə üzləşən nazirlik daha sonra etik normalara uyğun olmayan şəkillərin əksəriyyətini silib.
Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















