Icma.az
close
up
RU
ABŞ Ordusu Rusiya ilə SƏRHƏDDƏ III Dünya Müharibəsi bu tarixdə başlayacaq

ABŞ Ordusu Rusiya ilə SƏRHƏDDƏ III Dünya Müharibəsi bu tarixdə başlayacaq

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

III Dünya Müharibəsi artıq başlayıb desək, yəqin ki yanılmarıq. Hələlik bu müharibə informasiya sahəsində gedir. Hadisələrin inkişafı göstərir ki, bu müharibənin hərbi müstəviyə keçməsi an məsələsidir.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iki gün öncə deyib ki, Kiyevin Avropada təxribat planları təsdiqlənsə, müharibə olacaq.
 

MÖVZU İLƏ BAĞLI:
Köhnə qitədə XAOS BAŞLADI – Avropanın xilası üçün bircə yol QALIR...


O bildirib ki, Kiyevin Rumıniya və Polşada yalançı bayraq əməliyyatı həyata keçirmək planları ilə bağlı Macarıstan mətbuatının xəbərləri təsdiqlənsə, bu, III Dünya Müharibəsinə səbəb olacaq.
Diplomat əlavə edib ki, bir sıra Macarıstan KİV-lərində Volodimir Zelenskinin Rusiyanı günahlandırmaq məqsədilə Rumıniya və Polşada təxribat törətmək planları ilə bağlı xəbərlər yayılıb:
“Beləliklə, Rusiya ilə NATO arasında müharibəyə səbəb yaratmaq məqsədi ilə insident hazırlanır. Əgər bütün bunlar təsdiqlənsə, o zaman Avropa III Dünya müharibəsinin başlamasına bir addım da yaxınlaşacaq”.
Zaxarova qeyd edib ki, mövcud məlumatlara əsasən, Kiyev rejiminin planı bir neçə bənddən ibarətdir. Buna vurulan və ya ələ keçirilən bir neçə Rusiya PUA-sının təmiri, döyüş zərbəsi elementləri ilə bəzədilməsi, Ukrayna mütəxəssislərinin idarə etdiyi və Rusiyanınkı kimi təqdim olunan PUA-ların Polşa və Rumıniyadakı əsas nəqliyyat mərkəzlərinə göndərilməsi, eyni zamanda Avropada dezinformasiya kampaniyası aparmaq, Rusiya ilə NATO arasında qarşıdurma yaratmaq planları daxildir.
Avropa Rusiyanı təxribata çəkir?
Rusiyalı diplomatın söylədiklərindən belə bir fikir formalaşır ki, Ukrayna Rusiyanı üçüncü ölkə ilə müharibəyə cəlb eləmək üçün müxtəlif təxribatlara əl atır. Bunun üçün hətta müharibə nəticəsində Rusiyanın ələ keçirilmiş PUA-larından istifadə edilir. İddialara görə Rusiyanın vurulmuş, daha sonra Ukraynada təmir olunmuş PUA-ları tez-tez Avropa ölkələri, xüsusən də NATO dövlətlərinin səmasında peyda olur. Bəzənsə bu PUA-lar müəyyən obyektlərə hücumlar belə edir.
Beləcə Rusiyanın Avropa və NATO-ya qarşı müharibəyə hazırlaşdığı fonu yaradılır. Nə qədər qəribə də olsa, rusların fikirləri bu məsələdə çox məntiqli görünür. Çünki PUA hücumları Qərb mətbuatında geniş şəkildə təşviq edilir.
Bəzi dövətlərsə Rusiyanın Avropaya hücum edə biləcəyini istisna eləmir. Məsələn, Almaniya xarici işlər naziri Yohan Vadeful bu günlərdə bildirib ki, NATO öz ərazisini Rusiyanın istənilən işğalından qorumağa hazırdır, lakin hərbi alyans Moskva ilə münaqişəni gərginləşdirməyi planlaşdırmır:
“Ölkələrimiz eskalasiyada maraqlı deyil, lakin Rusiya bizi tələyə salmaq istəyə bilər. Ona görə də biz öz ərazimizi müdafiə etməyə hazırıq. Rusiya bilməlidir ki, onun bizi məğlub etmək şansı olmayacaq”.
O, həmçinin Almaniya və müttəfiqlərinə Rusiyanın 2030-cu ilin sonuna qədər NATO ərazisinə hücum edə biləcəyinə dair xəbərdarlıq edib.
Alman diplomatın bu açıqlaması göstərir ki, yaxın 5 ildə Rusiya ilə NATO dövlətləri arasında böyük müharibə başlayacaq. Bu isə dəhşətli III Dünya Müharibəsinin başlaması deməkdir.
ABŞ Rusiya ilə sərhədlərə qoşun toplayır
Müharibə ehtimallarını gücləndirən digər faktor isə Pentaqonun Şərqi Avropa ölkələrindəki təxribatçı hərəkətləridir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə Estoniyada ABŞ-ın zirehli texnikasının hərəkəti qeydə alınıb və tank dəstələrinin sərhəd bölgələrinə yönləndirildiyi bildirilir. Dəmiryolu vasitəsilə daşınan zirehli texnika Rusiya ilə sərhədə yaxın ərazilərə yerləşdirilir.
Müşahidəçilər bu hərəkəti bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi kimi qiymətləndirir.
Bundan əlavə son günlər ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt açıqlamaları ilə diqqət çəkir. Belə ki, Tramp Rusiya təyyarələrinin NATO-nun hava məkanına daxil olması ilə bağlı qəti mövqe sərgiləyib.
ABŞ Prezidenti Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Rusiya təyyarələri NATO ölkələrinin hava məkanına daxil olarsa, onlar vurulmalıdır.
Tramp əlavə edib ki, bu məsələdə konkret addımların atılması şəraitdən asılı olacaq. 
Britaniya yeni müharibə hazırlıqlarına başlayıb
Xatırladaq ki, sentyabrın əvvəlindən üzü bəri Rusiya bir neçə NATO ölkəsinə qarşı təxribatlara yol verib. Əvvəlcə Rusiya PUA-larla Polşa və Rumıniya ərazisinə hücum edib. Kremlin sonrakı addımı isə hərbi təyyarələrlə Estoniya sərhədinin pozulması olub. Daha sonra Rusiyadan atılan dronların Danimarka və Norveç səmasında göründüyü də bildirilir.
Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, NATO-nu Rusiyanın mümkün təxribatlarından qorumaq məqsədilə Britaniya istehsalı olan pilotsuz uçuş aparatları “dron divarı”nın yaradılmasında istifadə olunacaq.
Başqa bir məlumatda deyilir ki, son aylarda Polşa və Estoniyanın hava məkanına Rusiyaya məxsus təyyarə və dronların daxil olması Avropa nazirlərini ciddi narahat edib.
Böyük Britaniya artıq Polşada RAF “Typhoon” qırıcılarını yerləşdirərək Moskvaya güc nümayiş etdirib. Həftə ərzində Danimarka və Norveçdə, eləcə də İsveçin Karlskrona arxipelaqı yaxınlığında naməlum dronların göründüyü barədə məlumat yayılıb.
Müdafiə naziri Con Hili “The Telegraph” qəzetinə açıqlamasında bu cür “məsuliyyətsiz və təhlükəli” addımların NATO tərəfindən cavabsız qalmayacağını bildirib. Böyük Britaniya Ukrayna ilə birgə “Project Octopus” adlı xüsusi proqram başladıb.
Layihə çərçivəsində yaxın həftələrdə Britaniya zavodlarında istehsal olunacaq yeni müdafiə dronları Rusiya təhdidlərinə qarşı sərhəd boyunca yerləşdiriləcək.
Avropa nazirlərinin son iclasında “dron divarı” konsepsiyası müzakirə olunub. Plana əsasən, sərhəd boyu yerüstü buraxılış sistemləri vasitəsilə dronlar yerləşdirilərək, Rusiyadan gələ biləcək hərbi və ya hibrid hücumların qarşısı alınacaq.
Görünən odur ki, III Dünya Müharibəsinin başlanması üçün bütün zəmin var.
 

Aparılan informasiya müharibəsi Avropada və dünyada öz təsirini göstərib. Ümumi fikir belədir ki, Rusiyanı dayandırmaq üçün bütün dünya dövlətləri birləşməlidir. Bu birliksə daha çox hərbi sahədə olmalıdır.


Hərbi hazırlıqsa gec-tez öz məntiqi yekununa çatmalıdır. Yəni III Dünya Müharibəsi başlamalıdır. Artıq Şərqi Avropada dəhşətli müharibənin addım səsləri eşidilməkdədir.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri