“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Napoli”də uğursuz nəticələr fonunda komanda daxilində gərginlik artıb. Çempionlar Liqasında “Portu”ya 1:4 hesablı məğlubiyyət zamanı Kevin De Bruyne ilə Lorenzo Lucca arasında mübahisə yaşanıb.
QOL.az xəbər verir ki, qarşılaşmanın sonlarına yaxın hücumun uğursuz başa çatmasından narazı qalan De Bruyne Luccaya irad bildirib. İtaliyalı hücumçu isə belçikalıya sərt cavab verib.
“La Gazzetta dello Sport” nəşri bu hadisəni klubdakı gərginliyin göstəricisi kimi qiymətləndirib. Bildirilir ki, komandada italyan və əcnəbi futbolçular arasında müəyyən qruplaşmalar da mövcuddur.
Jurnalist Fabrizio Romanonun sözlərinə görə, “Napoli” rəhbərliyi yanvarda ciddi dəyişikliklər etməyi planlaşdırır. O, De Bruyne ilə Lucca arasındakı mübahisənin komanda daxilindəki problemləri daha da üzə çıxardığını vurğulayıb. Onun fikrincə yaranmış gərginlik bəzi futbolçuların qış transfer pəncərəsində komandanı tərk etməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, “Napoli” A Seriyasında 8-ci pillədə qərarlaşıb, Çempionlar Liqasında isə 4 oyundan sonra 3 xalı var.
Baxış sayı:116
Bu xəbər 05 Noyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















