5 ci hücumçu roluna belə razıdır
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu daşıyan Mauro İkardi karyerasını İtaliya A Seriyasında davam etdirməyə çalışır.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. “İnter”in prezidenti Beppe Marottanın təcrübəli hücumçunu planlaşdırmadıqlarını rəsmən bildirməsinə baxmayaraq, argentinalı forvard Milan klubuna qayıtmaq ümidini itirmir. Ötən yaydan bəri ardıcıl olaraq öz xidmətlərini “İnter”ə təklif edən İkardi hətta 5-ci hücumçu roluna razı olduğunu və maliyyə şərtlərində böyük güzəştlər edəcəyini rəhbərliyə çatdırıb.
İkardinin əsas hədəfi nəinki “İnter”ə, ümumilikdə İtaliyaya qayıtmaqdır.
Xatırladaq ki, o, yanvar ayında “Yuventus”un təklifini qəbul etməyə hazır olsa da, bu transfer baş tutmamışdı. Yay transfer pəncərəsində isə hücumçunun “Latsio”ya keçidi son anda gerçəkləşməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 05 Noyabr 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















