Icma.az
close
up
RU
“ABŞ Pakistanı Çinin təsirindən çıxarmaq istəyir” Politoloq

“ABŞ Pakistanı Çinin təsirindən çıxarmaq istəyir” Politoloq

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Müsəlman xalqlarını bir-biri ilə düşmən ediblər. Əslində Əfqanıstanla Pakistan bir xalqdır. Yəni çox yaxın xalqlardır. Orda çoxsaylı qəbilələr var və bunlar hər iki ölkənin ərazisində yaşayırlar. Orda heç vaxt sərhəd olmayıb. Sonradan ingilislər Hindistan yarımadasını tutandan sonra çalışdılar ki, Əfqanıstanı da işğal eləsinlər. Cənubdan Əfqanıstan ərasizinə basqınlar etdilər, müharibələr aparsalar da hər dəfə də basıldılar. Əfqanlar döyüşkən xalqdır. Sonda Hindistanla Əfqanıstan arasında şərti xətt çəkdilər və bunu da Dürand adlandırdılar. Bu isə ingilis zabitinin adıdır. Bütün dünyaya elan etdilər ki, bu ingilislərlə əfqanlar arasında olan xətdir. Əslində ingilislər bununla rus imperiyası arasında xətt çəkirdilər. Çünki Əfqanıstana ruslar da çox çalışırdılar ki, soxulsunlar”.

Bunu Adalet.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Pakistan və Əfqanıstan sərhədində baş verən toqquşmanı şərh edərkən deyib. 

O bildirib ki, sonradan Hindistan yarımadası ingilislərdən azad olundu və ərazidə Hindistan və Pakistan dövləti yarandı:

“Sonra Pakistan müstəqil oldu və bu Dürand xətti şərti olaraq Pakistan və Hindistan arasında dövlət sərhədi sayılmağa başlandı. Orda bu qəbilələr bir-birilərinin ərazilərinə sərbəst şəkildə keçirdilər. Sovet İttifaqı Əfqanıstanı işğal etdiyi zaman Qərbin köməyi ilə məhz Pakistanda Taliban hərakatı formalaşmağa başladı. Bunu hərbi siyasi təşkilata çevirdilər və Pakistan vasitəsi ilə varlı ərəb dövlətləri buna silah və pul ayırdılar. Tədricən Taliban Pakistana söykənərək Sovet işğalına qarşı mübarizə aparan bir hərbi təşkilata çevirildi. Sonra isə Əfqanıstanı tutdu”. 

Politoloqun sözlərinə görə, Taliban Əfqanıstanda hegemonluq edəndə Qərb Talibanın cızından çıxdığını hesab etdi:

“Onu vurmağ qarşılarına məqsəd qoydular. Bunu da Pakistanın əli ilə vurmağa qərar verdilər və aralarında münaqişə saldılar. Bununla da Pakistan və Əfqanıstan münasibətləri korlandı”. 

Z.Əlizadə deyib ki, indi də belə bir düşüncə var ki, son günlər münasibətlərin pisləşməsi isə başqa məsələdir:

“Çin Pakistanla çox sıx əlaqələr yaradıb, yollar çəkib, hərbi cəhətdən ona kömək edib, təyyarə, hava hücumundan müdafiə sistemləri verir, maliyyə yardımı göstərir, obyektlər tikir və o cümlədən Padar limanını tikir. Çin fikirləşir ki, liman vasitəsi ilə xeyli sayda mallarını daşıyacaq. Bu isə Amerikanın xoşuna gəlmir. Ona görə də ABŞ Pakistanla danışıb Padarın yaxınlığında bir liman da tikmək istəyir. Bu isə Çinin xoşuna gəlmir. Çin eyni zamanda Taliban hakimiyyətə qayıtdıqdan sonra onunla sıx, iqtisadi əməkdaşlıq edir, ora yatırımlar qoyur. O görəndə ki, ABŞ Pakistanı onun təsirindən çıxarmağa çalışır və deyilənə görə əfqanlar Talibana deyiblər ki, Pakistanı vurmaq lazımdır. Bir millət və iki dövlət olan Pakistan və Əfqanıstan indi vuruşmağa başlayıb. Bir sözlə, bu münaqişə Qərb dövlətlərinin fitnəsinin fəsadıdır”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri