Icma.az
close
up
RU
Naxçıvanın büdcəsi haqqında qanun Ali Məclisdə birinci oxunuşda qəbul edilib

Naxçıvanın büdcəsi haqqında qanun Ali Məclisdə birinci oxunuşda qəbul edilib

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Noyabrın 25-də yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının növbəti iclası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, iclasın gündəliyinə uyğun olaraq "Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov bildirib ki, bu gün qarşıda duran əsas vəzifə maliyyə sahəsində əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etməkdir.

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə layihəsi də məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb. Büdcə siyasətində əsas yanaşma iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlığı qorumaqdır.

Qanun layihəsinin tərtibi zamanı büdcə prosesinin planlı və ardıcıl şəkildə təşkili, növbəti büdcə ili üzrə əsas makroiqtisadi və fiskal proqnoz göstəricilərinin dəqiqləşdirilməsi, həmçinin büdcə vəsaitlərinin prioritet istiqamətlər üzrə səmərəli və məqsədyönlü bölgüsünün təmin edilməsi diqqət mərkəzində saxlanılıb.

Büdcə layihəsinin əsas göstəriciləri barədə məlumat verən Həsən İsmayılov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə layihəsində gəlirlər 510 milyon manat məbləğində proqnozlaşdırılır. Bu məbləğ 2026-cı ilin proqnozlaşdırılmış büdcə gəlirləri ilə müqayisədə 26 milyon 822 min manat və ya 5,6 faiz çoxdur.

2027-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Büdcə gəlirlərinin 38,8 faizini təşkil edən dotasiya məbləği 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 13 milyon 628 min manat və ya 6,4 faiz azdır. Naxçıvan Muxtar Respublikasının 2027-ci il üzrə yerli gəlirlərinin 14,9 faiz və ya 40 milyon 450 min manat artımla 312 milyon manat məbləğində proqnozlaşdırılması dotasiyanın azalmasına səbəb olub. Nəzərdə tutulan dotasiya məbləği muxtar respublikada ümumi daxili məhsulun 9,9 faizini təşkil edir.

Nazir bildirib ki, 2027-ci il üçün proqnozlaşdırılan gəlirlərin beşillik dövr üzrə müqayisəsi yerli gəlirlərin artdığını və büdcənin dotasiyadan asılılığının azaldığını göstərir. Belə ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiyanın Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərində payı 75,5 faizdən 38,8 faizə endirilib, maliyyə dayanıqlılığı əhəmiyyətli dərəcədə möhkəmləndirilib.

Büdcə xərclərinin müəyyənləşdirilməsi zamanı muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə mövcud iqtisadi göstəricilər və qarşıda duran prioritet vəzifələrin nəzərə alındığını bildirən Həsən İsmayılov qeyd edib ki, sosial öhdəliklərin yerinə yetirilməsi, maliyyə resurslarının səmərəli bölüşdürülməsi, iqtisadi fəallığın dəstəklənməsi və dövlət vəsaitlərindən məqsədyönlü istifadə büdcə layihəsinin əsas prioritetləri kimi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə layihəsində xərclər 510 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2026-cı ilin büdcə xərcləri ilə müqayisədə 26 milyon 822 min manat və ya 5,6 faiz çoxdur.

Çıxışının sonunda maliyyə naziri təqdim olunan büdcə layihəsinin fiskal dayanıqlığın və maliyyə intizamının qorunmasına, sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsinə, eləcə də Naxçıvan Muxtar Respublikasının davamlı inkişafına xidmət edəcəyini vurğulayıb.

Təqdim olunan layihə ətrafında aparılan müzakirələrdə qaldırılan məsələlərə maliyyə naziri tərəfindən aydınlıq gətirilib. Ardınca İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov qanun layihəsi ilə bağlı Ali Məclis komitələrinin birgə rəyini diqqətə çatdırıb, layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see381

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see296

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see294

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see282

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see270

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see269

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see259

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see249

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see246

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see245

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see239

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see232

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see230

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see229

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see222

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see220

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see217

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see213

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see209

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri