KİV: ABŞ hesab edir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərində əsas rol Vaşinqtona məxsusdur
Icma.az, Apa.az saytına istinadən bildirir.
Birləşmiş Ştatlar hesab edir ki, rəsmi Vaşinqtonun Ukraynaya verəcəyi mümkün təhlükəsizlik zəmanətləri Avropa ölkələrindən ibarət "könüllülər koalisiyası"nın səylərindən daha böyük əhəmiyyət kəsb edir.
APA xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu qiymətləndirmə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli məsləhətləşmələrdən sonra səsləndirilib.
"Könüllülər koalisiyası"nın səyləri, əlbəttə, xoş təsir bağışlayır. Lakin onların cəmi bir-iki helikopteri, bir neçə hərbçisi və orada-burada bəzi vədləri var. Əgər ukraynalıların özləri ilə danışsanız, görərsiniz ki, reallıqda həlledici çəkiyə malik olan məhz Amerikanın təhlükəsizlik zəmanətləridir", - ABŞ rəsmisi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Yanvar 2026 02:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















