Icma.az
close
up
RU
ABŞ qapıları bağlayır Əfqanların aqibəti necə olacaq?

ABŞ qapıları bağlayır Əfqanların aqibəti necə olacaq?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağ Ev administrasiyası əfqanların ABŞ-yə köçürülməsinə dair proqramları dayandırır. Belə ki, Əfqanıstandan olan 250 mindən çox şəxsə yardım məqsədilə yaradılmış proqramlar ləğv edilir.

Politoloq Samir Hümbətov Metbuat.az-a açıqlamasında bildirib ki, Ağ Ev nəinki əfqanlar, bir çox miqrantların ölkəyə gəlişinə qadağa qoyulmağa hazırlaşır:

“Xüsusən də müsəlman ölkələrindən gəlişi dayandırmağı ABŞ daha çox planlaşdırır. Bunu Donald Tramp çıxışlarında da gizlətməyib. Bu gün də gizlətmir, açıq şəkildə bildirir ki, miqrant axınının qarşısını almağa çalışır, yaxud şərtləri daha da ağırlaşdırır ki, istədiyinə nail olsun. Əfqanların gəlişinin qarşısını almaqda məqsəd ondan ibarətdir ki, görünür, müəyyən ehtiyatlanmalar başlayıb. Böyük ehtimalla bu narahatlıq da elə həmin səbəbdəndir”.

Politoloqun sözlərinə görə, qərar veriləndən sonra əfqanların ABŞ-yə girişi çətinləşə bilər, bu, ümumiyyətlə mümkünsüz hala da gələ bilər. Onların aqibəti isə ya Avropaya, ya öz ölkələrinə, ya da Türkiyə və İrana qayıtmaqla nəticələnə bilər:

“Amma istənilən halda bu insanlar, yəni Əfqanıstandan çıxan əfqanlar Talibandan qaçıblar. Onların bir çoxu Həmid Kərzai hökuməti dövründə, yaxud Talibanın hakimiyyətə gəlməsindən əvvəlki mərhələdə vəzifə tutan, hökumət strukturlarında çalışan şəxslər olublar. Buna görə də Əfqanıstana qayıtmaq onlar üçün təhlükəlidir. Lakin ABŞ üçün bu aqibət maraqlı deyil. Onlar üçün əsas məsələ budur ki, qərar verilib və bu qərar icra olunmalıdır. O baxımdan düşünürəm ki, əgər belə bir qərar verilərsə, bu, əfqan qaçqınlarının Avropaya, Türkiyəyə, İrana və digər ölkələrə üz tutmasına yol aça bilər. Başqa hansısa ciddi dəyişiklik olacağını düşünmürəm. Onsuz da ABŞ ilə Taliban arasında münasibətlər yoxdur, rəsmi tanınma baş verməyib. Tanınsa belə, ciddi bir dəyişiklik baş verəcəyinə inanmıram”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri