Icma.az
close
up
RU
ABŞ qarışdı, parçalanma, yoxsa.... Tramp merə pislik dedi, etirazçıları güllələnmə ilə təhdid etdu: Vətəndaş müharibəsi istəmirəm” (FOTOAR)

ABŞ qarışdı, parçalanma, yoxsa.... Tramp merə pislik dedi, etirazçıları güllələnmə ilə təhdid etdu: Vətəndaş müharibəsi istəmirəm” (FOTOAR)

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Los-Anceles şəhərində qanunsuz mühacirlərə dəstək üçün davam edən etiraz aksiyalarında iştirak edənləri güllələnmə ilə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, aksiyaların bölgədə yanğın və dağıdıcılıqla müşaiyət olunduğunu əsas gətirərək, bunun Kaliforniaynın yox olmasına hesablandığını iddia edib.

Tramp daha sonra aksiyaların mərkəzi sayılan Los-Ancelesdəki etirazçıları hədələyib. Bildirib ki, aksiyaçıların Milli Qvardiya üzvlərinə tüpürmələrini səbrlə izləməyəcvək: "Əgər etirazçılar tüpürməyə davam edərsə, onları daha sərt vuracağıq. Lazım gələrsə, ştata daha çox əsgər göndəriləcəyik. Mən vətəndaş müharibəsi istəmirəm. Lakin iğtişaşçılar güllələnmək istəmirsə, tüpürmək və dağıdıcılıqdan qaçmalıdır. Yoxsa çox pis olacaq. Söz verirəm: iğtişaşda iştirak edənlər indiyə qədər olmadığı daha sərt formada vurulacaq. Mən əsgərlərimizə və ölkəmizə belə hörmətsizliyi qəbul etməyəcəm".

ABŞ prezidenti təkrar xəbərdarlıq edib ki, Milli Qvardiya əsgərlərinə ediləcək hər hansı bir yanlış hərəkətə səbrlə yanaşmayacaq: "Bu, ABŞ prezidentinin Los Ancelesdə davam edən fəlakətli iğtişaşlarla bağlı Gevin Nyusomdan (Ştat meri Gavin Newscumu nəzərdə tutur. Prezident bu mesajında ştat merinin soyadını "scum" (pislik) kimi ifadə edib - Mia.az) ilhamlanaraq yaşanan üsyanla bağlı xəbərdarlığıdır".

Xatırladaq ki, Tramp bundan əvvəlki açıqlamasında Milli Qvardiyanı Los-Ancelesə göndərərək böyük qərar verdiyini bəyan edib: "Kaliforniyada şiddətli, provokasiyaya səbəb olan iğtişaşların yatırılması üçün Milli Qvardiyanın göndərilməsi qərarı ilə böyük bir qərar verdik. Bunu etməsəydik, Los Anceles tamamilə yox olacaqdı”.

Ştatın Demokrat Partiyasından olan meri Gevin Nyusom və Los-Anceles meri Karen Bassı səriştəsizlikdə ittiham edən Tramp onlardan minnətdarlıq gözlədiyini də sözlərinə əlavə edib: “Onlar mənə “Cənab prezident, siz çox gözəl işlər görürsünüz, biz sizsiz nə edərdik, əfəndim” deməliydilər. Ancaq hələ ki, demirlər. Onlar səriştəsizdirlər. Mən isə deyirəm ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcəyik".

Xatırladaq ki, Kaliforniya meri Gevin Nyusom Trampın Kaliforniya ştatı hökumətinin razılığı olmadan ştatın Milli Qvardiyasını federal hakimiyyət altına alma qərarına qarşı çıxıb. O, daha sonra ölkə başçısını təhdid edib:

"Milli Qvardiyanı qanunsuz olaraq öz tabeliyinə keçirməklə, Tramp odun üstünə atəş yağş tökdü. Onun bu qərarı qanunsuz, əxlaqsız və konstitusiyaya zidd bir hərəkətdir. Biz bununla bağlı lazımı hüquqi addımlar atacağıq. Federal hökumətə qarşı məhkəmə iddiası qaldıracağıq..."

Lamiyə Əhmədli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 İyun 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri