ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Qəzzada "sərhədsiz" ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bildirib.
"Biz ərzaq mərkəzləri yaradacağıq, bunu çox yaxşı insanlarla birlikdə edəcəyik və vəsait ayıracağıq", - o qeyd edib.
Trampın sözlərinə görə, digər ölkələr, o cümlədən Böyük Britaniya bu təşəbbüsə qoşulacaq.
Ağ Ev rəhbəri vurğulayıb ki, ərzaq mərkəzləri hamı üçün əlçatan olacaq.
"Məqsəd ondan ibarətdir ki, insanlar bu mərkəzlərə sərhədsiz daxil ola bilsinlər. Bizim hasarımız olmayacaq", - o deyib.
Bu mövzuda digər xəbərlər:Qəzzada ərzaq ehtiyatı tükənib
06 May 2025 08:02
Qəzzada ərzaq təchizatı vəziyyəti kritikdir
17 Mart 2025 09:32
Dünya Ərzaq Proqramı: Qəzzada ərzaq ehtiyatı tamamilə tükənib
25 Aprel 2025 18:44
Dünya Ərzaq Proqramı: Qəzzada ərzaq tükəndi, aclıq reallığa çevrildi
25 Aprel 2025 18:51
ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrini yerləşdirməyi planlaşdırır
16 Oktyabr 2025 12:54
Baxış sayı:55
Bu xəbər 28 İyul 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















