Icma.az
close
up
RU
ABŞ QƏZZANI DA İŞĞAL EDƏCƏK? Trampdan dünyanı şoka salan bəyanatlar

ABŞ QƏZZANI DA İŞĞAL EDƏCƏK? Trampdan dünyanı şoka salan bəyanatlar

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı deyib ki, ABŞ “Qəzza zolağını tutmaq” və orada iqtisadi inkişaf imkanları yaratmaq niyyətindədir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, mətbuat konfransında danışan Tramp deyib ki, ABŞ Qəzzanı “ələ keçirəcək, binaları yerlə bir edəcək, partlamamış hərbi sursatları təmizləyəcək, məhdudiyyətsiz iş yerləri” yaradacaq və bölgənin əhalisi üçün yaşayış binaları tikəcək”.

Lakin Tramp “bölgənin əhalisi” deyərkən kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib: “Biz onu inkişaf etdirəcəyik və minlərlə iş yeri açacağıq. Bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir şey olacaq".

Orada kimin yaşayacağı ilə bağlı suala Tramp belə cavab verib ki, Qəzza zolağı “sülh insanları üçün evə” çevrilə bilər.

Onun bu açıqlaması Qəzza zolağının bütün fələstinli əhalisinin başqa yerə - İordaniya, Misir və digər ölkələrə köçürülməsi təklifindən sonra olub. Tramp həmçinin iddia edib ki, fələstinlilərin Qəzzaya qayıtmaq istəməsinin yeganə səbəbi başqa alternativin olmamasıdır. O, Qəzza zolağının “söküləcək ərazi” olduğunu deyib.

“Bu, Qəzzaya ABŞ əsgərlərinin göndərilməsi deməkdirmi” sualına Tramp, “lazım olanı edəcəyik”, - deyə cavab verib: “Mən İsraili sevirəm. Mən ora gedəcəm, Qəzzaya gedəcəm, Səudiyyə Ərəbistanına və Yaxın Şərqin digər yerlərinə gedəcəm".

Tramp Misir və İordaniyanın fələstinliləri qəbul etməyə razılaşacağına əminliyini ifadə edib: “Onlar deyirlər ki, onları qəbul etməyəcəklər, mən isə deyirəm ki, qəbul edəcəklər. Düşünürəm ki, digər ölkələr də bununla razılaşacaqlar”.

O, hətta Qəzzaya qayıtmaq istəyən fələstinliləri ölüm gözlədiyini əlavə edib: “Düşünürəm ki, insanlar Qəzzaya qayıtmamalıdırlar, orada xoşbəxt deyildilər. Onlar cəhənnəmdə yaşayırdılar... Qəzzaya qayıtmamaq, təhlükəsiz olacaqları gözəl alternativ yerdə yaşamaq onlar üçün daha yaxşı olardı”.

Tramp Misir, İordaniya və digər ölkələrdə anklav sakinlərini məskunlaşdırmaq üçün “beş-altı zona” yaradıla biləcəyini vurğulayıb. Onun fikrincə, fələstinlilərin Qəzza zolağına qayıtması "onların ölümünə gətirib çıxaracaq”. Trampın bununla nə demək istədiyi tam aydın deyil.

"Söhbət etdiyim hər kəs ABŞ-nin bu torpaq sahəsinə sahib olması, onu inkişaf etdirməsi və minlərlə iş yerinin yaradılması ideyasını bəyənir", - Tramp əlavə edib.

Ziddiyyətli danışan Tramp anklavın "inanılmaz potensiala" malik olduğunu və "bütün dünyadan insanların orada yaşaya biləcəyini” deyərək, “fələstinlilər də orada yaşayacaq" fikrini əlavə edib.


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Donald Trampın ideyası “diqqətə layiqdir”. Onun sözlərinə görə, İsrail bütün diqqətini anklavın ərazisinin İsrail üçün artıq təhlükə yaratmamasını təmin etməyə cəmləyib: “Tramp “Qəzza üçün fərqli bir gələcək görür... Məncə, bu, tarixi dəyişə biləcək bir şeydir”. Netanyahu həmçinin ABŞ-yə verdiyi dəstəyə görə təşəkkür edib və Trampı “İsrailin Ağ Evdəki ən yaxşı dostu” adlandırıb.

Trampın bu açıqlamaları sözün əsl mənasında dünya siyasi mühitini şoka salıb. BBC-nin Ağ Evdəki müxbirləri Trampın açıqlamalarından sonra oradakı əhval-ruhiyyəni izah etməkdə çətinlik çəkiblər və qeyd ediblər ki, hamı çaşqınlıq içərisində olub. Qeyd olunur ki, Ağ Ev yaxın günlərdə bütün bu məqamlara aydınlıq gətirməli olacaq.

Trampın Qəzza açıqlamaları ABŞ-də seçicilərin həyəcanına səbəb olub. BBC qeyd edir ki, Demokratlar Partiyasının nümayəndələri Trampın Qəzza zolağına nəzarəti ələ keçirmək təklifinə artıq kəskin reaksiyalar veriblər.

“Dayanın, nə? ABŞ Qəzzanı işğal edəcək?”. Kaliforniyalı konqresmen Erik Svalvel “X” sosial şəbəkəsində yazıb. 

Konqresmen əlavə edib: “Bizə söz verilmişdi ki, daha sonsuz müharibələr olmayacaq. Hesabıma görə, biz artıq Qrenlandiyanı, Kanadanı, Panama kanalını “işğal etmişik”, indi də... Qəzzanı?”

“HƏMAS” rəsmiləri Trampın qəzzalıların anklavı tərk etmələri ilə bağlı bəyanatını “regionda xaos və gərginlik resepti” kimi qiymətləndiriblər: “Qəzza zolağındakı xalqımız bu planların həyata keçirilməsinə imkan verməyəcək. Biz xalqımıza qarşı işğal və təcavüzə son qoymalıyıq, onları öz torpaqlarından qovmamalıyıq”.

CNN-in əlaqə saxladığı ərəb rəsmiləri Amerika liderinin dediklərindən çaşqınlıq ifadə ediblər. Ərəb rəsmilərindən biri “bunu anlamağın və həzm etməyin çətin olduğunu" söyləyib. Digər diplomat, Trampın sözlərinin Qəzzada kövrək atəşkəs razılaşmasını təhlükə altına atacağını qeyd edib: “Bu cür təkliflərin Fələstin xalqının, eləcə də bütün Yaxın Şərqin həyatı və ləyaqəti üçün dərin təsiri var”.

Göründüyü kimi, Tramp bütün dünyanı təəccübləndirməkdə davam edir. Onun ideya və ultimatumlarının nə ilə nəticələnəcəyini isə yəqin ki, yaxın gələcəkdə görəcəyik.

C.Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri