ABŞ Qırğızıstan vətəndaşlarına əlavə viza məhdudiyyətləri tətbiq edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 iyul, AZƏRTAC
ABŞ Dövlət Departamentinin dərc etdiyi məlumata görə, bu həftə Qırğızıstan Respublikası vətəndaşlarına qeyri-immiqrasiya vizalarının verilməsinə yeni məhdudiyyətlər tətbiq edilib.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanatında bu tədbirlərin ABŞ tərəfindən birtərəfli qaydada və əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirildiyini, belə bir addımın narahatlıq doğurduğunu və diplomatik dialoq çərçivəsində aydınlaşdırma tələb etdiyini vurğulayıb.
Qırğızıstan Xarici İşlər Nazirliyi qeyd edib: “Bununla əlaqədar Qırğızıstan Respublikası xarici işlər nazirinin müavini Almaz İmanqaziyev və Amerika Birləşmiş Ştatlarının Qırğızıstan Respublikasındakı səfiri Lesli Viqeri arasında yaxın vaxtlarda görüş keçiriləcək. Görüş zamanı məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri, onların yumşaldılmasının mümkün yolları, həmçinin gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlərin müzakirə edilməsi planlaşdırılır”.
Bildirilir ki, Qırğızıstan Xarici İşlər Nazirliyi Amerika tərəfi ilə konstruktiv qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir və ölkə vətəndaşlarının xaricdə hüquq və mənafelərinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















