Icma.az
close
up
RU
ABŞ Rusiya danışıqları irəliyə doğru böyük addımdır Tramp

ABŞ Rusiya danışıqları irəliyə doğru böyük addımdır Tramp

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqlar çox yaxşı keçdi və irəliyə doğru böyük bir addım oldu”.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Mayamidə (Florida) Səudiyyə Ərəbistanının təşkil etdiyi investisiya forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, iki ölkənin nümayəndə heyətləri münaqişənin həlli üçün bu həftə Səudiyyə Ərəbistanında danışıqlara başlayıblar. Vaşinqton administrasiyasının rəhbəri krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda “çox, çox yaxşı keçən bu tarixi danışıqlara ev sahibliyi etdiyinə görə” minnətdarlığını bildirib.

“Bu, irəliyə doğru böyük bir addımdır. Biz bu müharibəni dayandırmalıyıq", - Tramp deyib.
O, Ukrayna lideri Vladimir Zelenskini də tənqid edib.
Tramp hesab edir ki, Vladimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün heç bir ciddi səy göstərməyib;

Amerika lideri Zelenskinin “dəhşətli iş gördüyünü” vurğulayıb.
“O, üç il işləyib. Hətta bu müharibəni dayandırmaq üçün görüşlər, telefon zəngləri belə olmadı. Bu, dəhşətlidir". dedi.

Tramp əmin edib ki, o, münaqişənin həllinə sadiqdir. O, ABŞ-ın əvvəlki prezidenti Co Bidenin münaqişəni sona çatdırmağa “heç vaxt cəhd etmədiyini”, “Avropa sülhü təmin edə bilmədi və Zelenski asan pulun gəlməsini istəyə bilər” deyib.
"Problemin nə olduğunu bilmirəm, amma bacarmadı" deyən Tramp Zelenskinin problemi həll etmək üçün kifayət qədər iş görmədiyini deyib.

“O (Zelenski) danışıqlara dəvət olunmamasından çox üzüldü. Amma istəsəydi gələ bilərdi”.
Eyni zamanda Tramp Zelenskinin “Səudiyyə Ərəbistanına dəvət edilmədiyini” bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri