Icma.az
close
up
RU
ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Vaxtilə rəsmi Pekin Kremldən uzaq dururdu, Rusiya isə Çini müdafiə etməyəcəyi barədə ABŞ qarşısında öhdəlik götürmüşdü... Ancaq indi Tramp-Putin sövdələşməsi pozulub, Ağ Ev Rusiyaya qarşı təzyiqləri sərtləşdirir, Çin isə ticarət müharibəsindən narahatdır, ona görə də, Kreml rəsmi Pekinlə ABŞ-a qarşı ortaq müqavimət planları qurmağa məcbur qalıb...

ABŞ-ın Ukrayna savaşının dayandırılması prosesində vasitəçilikdən çəkilməsi qlobal məkanda strateji tərəfdaşlıq münasibətlərinə fərqli görüntülər verməyə başlayıb. Belə ki, Tramp-Putin sövdələşməsinin pozulması həm ABŞ-ın, həm də Rusiyanın yeni geopolitik manevrlərə məcbur qalmasına səbəb olub. Hazırda Ağ Ev rəsmi Ankara ilə siyasi-diplomatik təmasları intensivləşdirərək, ABŞ-Türkiyə ittifaqının qurulmasına çalışır. Və bunu Rusiya üçün real strateji təhlükə hesab edən Kreml isə ABŞ-la ticarət savaşına məcbur qalmış Çin ilə yaxınlaşmağa cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya və Çin son onilliklərdə beynəlxalq sistemdə mühüm rol oynayan iki paralel güc mərkəzi olaraq, əməkdaşlıq və rəqabətin mürəkkəb dinamikası ilə xarakterizə olunan münasibətlər qurublar. Bu münasibətlər qarşılıqlı maraqlara əsaslansa da, bir sıra geosiyasi və geostrateji ziddiyyətləri də ehtiva edir. Qlobal güc balansının dəyişdiyi, ABŞ-ın dominant mövqeyinin tənqid olunduğu və yeni çoxqütblü dünya düzəninin formalaşdığı bir dövrdə, Rusiya və Çin arasında olan münasibətlər həm regional, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir.

Məsələ ondadır ki, bu iki nəhəng dövlət ortaq geopolitik və geostrateji maraqlara malikdirlər. Belə ki, hər iki ölkə Qərbin, xüsusilə də ABŞ-ın hegemon mövqeyinə qarşı çıxırlar və bunu öz milli təhlükəsizliklərinə real təhdid kimi görürlər. Və bu, onları beynəlxalq təşkilatlarda - BMT, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və s. çərçivəsində koordinasiyalı hərəkət etməyə vadar edir.

Digər tərəfdən, Rusiya və Çin unipolyar dünya nizamına alternativ olaraq, çoxqütblü sistemin tərəfdarıdırlar. Rusiya, enerji ehtiyatlarını Çinə ixrac etməklə, böyük maliyyə gəlirləri əldə edir, Çin isə öz enerji təhlükəsizliyini təmin edir. “Sibirin Gücü” qaz kəməri də məhz bu əməkdaşlığın simvoludur. Eyni zamanda, Çin Rusiyaya texnologiya və investisiya sahəsində də dəstək verir.

Təbii ki, ortak hərbi təlimlər, silah ticarəti və müdafiə sahəsindəki əməkdaşlıq da Rusiya və Çin arasında strateji yaxınlaşmanın göstəricisidir. Bu əməkdaşlıq ABŞ-ın Asiya-Sakit okean və Avropa regionlarındakı dominantlığını balanslaşdırmaq məqsədi daşıyır. Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü ilə regionda iqtisadi mövqeyini möhkəmləndirir, Rusiya isə təhlükəsizlik baxımından fəaldır. Və tərəflər bir-birinin təsir dairəsinə həssas yanaşmağa çalışırlar.

Ancaq bütün bunlara baxmayaraq, Rusiya və Çin arasında mövcud və potensial geostrateji ziddiyyət nöqtələri də inkaredilməz reallıqdır. Hər iki ölkə Mərkəzi Asiyaya nəzarət uğrunda mübarizə aparır. Çin iqtisadi baxımdan, daha fəal olsa da, Rusiya buranı tarixən öz “arxa bağçası” kimi görür. Və tərəflər ziddiyyətləri hələlik açıq qarşıdurmaya çevirməsələr də, hər halda, rəqabət tendensiyası müşahidə olunur.

Digər tərəfdən, Sibir və Uzaq Şərqdə, xüsusilə də, iki ölkə arasında sərhədyanı rus bölgələrində Çin investisiyalarının və əhalisinin artması Rusiya daxilində ciddi narahatlıqlar doğurur. Çinlilərin bu bölgələrdə aktivliyi Rusiyada "yumşaq istila" təhlükəsi ilə bağlı xof yaradır. Çinlə iqtisadi əməkdaşlığın artması Rusiya üçün gəlirli olsa da, bu, Kremlin rəsmi Pekindən asılı vəziyyətə düşmə ehtimalını da gücləndirir. Xüsusilə də Qərbin sanksiyaları fonunda Rusiya alternativ bazar kimi Çinə yönəldikcə bu balans pozulur.

Nəhayət, Çin qlobal məkanda avanqard mövqeyə iqtisadi gücü, Rusiya isə hərbi-siyasi təsiri ilə nail olmağa cəhd göstərir. Bu fərqli strateji yanaşmalar vaxtaşırı iki arasında maraq toqquşmalarına da yol açır. Və hər iki ölkə mövcud siyasi sistemi dağılmaqda olan qlobal məkanda üzləşdikləri problemlər ucbatından əməkdaşlıqla rəqabət arasında tarazlıq yaratmağa məcburdurlar.

Ona görə də, Rusiya və Çin arasındakı münasibətlər praqmatik yanaşmaya əsaslansa da, bu tərəfdaşlıq məcburi ittifaq xarakteri daşıyır. Yəni, Rusiya və Çini hansısa dəyərlər deyil, məhz maraqlar eyni düşərgədə saxlayır. Qısamüddətli dövr üçün bu əməkdaşlıq güclənə də bilər, ancaq uzunmüddətli perspektivdə iqtisadi və geosiyasi balansdakı dəyişikliklərin ziddiyyətləri daha da dərinləşdirə biləcəyi istisna deyil.

Bu baxımdan, Rusiya-Çin münasibətlərini ən yaxşı halda, “məhdud strateji tərəfdaşlıq” kimi xarakterizə etmək mümkündür. Çünki burada həm əməkdaşlıq, həm də rəqabət istiqamətləri mövcuddur və hər iki ölkə bu tarazlığı qorumağa məcburdur. Rusiya və Çin son dövrlərdə bir-birinə münasibətdə davranışları da bunu təsdiqləyir. Belə ki, Ukrayna savaşının Rusiya üçün "bataqlıq" xarakteri daşıdığı mərhələdə rəsmi Pekin Kremldən məsafə saxlamağa üstünlük verirdi. Və prezident Vladimir Putin Çin lideri Si Tsinpin ilə hətta telefonla belə, danışmağa nail ola bilmirdi.

Eyni zamanda, Çini Rusiya üçün gələcək təhlükə hesab edən Kreml ABŞ-la sövdələşmələrində rəsmi Pekinin sıxışdırılmasına müsbət yanaşdığını gizlətməmişdi. Hətta Tramp-Putin sövdələşməsində Rusiyanın Çini ABŞ-la qarşıdurmada müdafiə etməyəcəyi barədə öhdəlik götürdüyü barədə də məlumatlar mövcuddur. Və Rusiya Çinlə fərqli qlobal düşərgələrdə yer ala bilərdi.

Ancaq indi həmin sövdələşmələr artıq pozulub, ABŞ Rusiyaya qarşı təzyiqləri sərtləşdirməyə başlayıb. Eyni zamanda, ABŞ və Çin arasında ticarət müharibəsi rəsmi Pekini ciddi şəkildə narahat edir. Və bu səbəbdən də, hazırda hər iki dövlət ABŞ-a qarşı mübarizədə ortaq müqavimət planları qurmağa məcbur qalıblar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 May 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri