Icma.az
close
up
RU
Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurulub

Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurulub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Bu gün uzun illər düşmən əsarətində olan torpaqlarımız işğaldan azad olunubsa, suverenliyimiz tamdırsa, Azərbaycanın hər guşəsində bayrağımız dalğalanırsa, bu, həyatını, canını, qanını Vətəninə fəda edən igidlərimiz sayəsindədir. Qəhrəman şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə yaşatmalı, xatirələrini əbədiləşdirərək gələcək nəsillərə çatdırmalıyıq.

Bu qəhrəmanlardan biri də şəhidliyinin 31 ili tamam olan, torpaqlarımızın azadlığı uğrunda əbədiyyətə qovuşan "Azərbaycan" qəzetinin əməkdaşı Elgün Dağbəyi oğlu İsmayılovdur. Cəmi 20 yaşında əbədiyyətə qovuşan Elgün İsmayılovun xatirəsi artıq 23 ildir çalışdığı "Azərbaycan" qəzeti redaksiyasında böyük ehtiramla yad edilir, xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsi təşkil olunur.

Redaksiyadan AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, bu il də şəhidin doğum günündə redaksiya kollektivi İkinci Şəhidlər xiyabanına gedərək onun məzarını ziyarət edib, məzarı üzərinə çiçəklər düzərək ruhuna dualar oxuyublar.

Redaksiyada davam edən anım mərasimi Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov açaraq bildirib ki, redaksiya əməkdaşları Elgün İsmayılovun xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsinə həvəslə qoşulurlar: "Bu gün Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər Birinci Qarabağ savaşında canından keçən şəhidlərimizin əziz xatirəsinin gənclər üçün əsl qəhrəmanlıq məktəbi olduğunu sübut edir".

Baş redaktor vurğulayıb ki, 5 il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə xalqın qisası alındı və heç bir şəhidin qanı yerdə qalmadı: "Dövlət başçısının müharibəyə qədər apardığı çətin, qətiyyətli və diplomatik bacarıq tələb edən siyasət, eləcə də müharibənin hərb, diplomatiya və informasiya cəbhələrində qazanılan qələbə bizi qalib dövlətə çevirdi. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi hərbi-siyasi qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. Bu gün biz artıq qalib dövlətik, qalib xalqıq. Öz torpağına sahib çıxmağı, şəhidinin qisasını almağı bacaran qüdrətli dövlətik. Ərazimizdə bir nəfər də olsun separatçı, terrorçu yoxdur. Qalib xalqın nümayəndələri kimi Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini də artıq beş ildir ki, zəfər ovqatı ilə qeyd edirik. 30 il təqvimlərimizdə yer alan qara günlərin yerini indi bayram günləri əvəzləyib. Bu qalibiyyət xoşbəxtliyini bizə ürəklərində vətən sevgisi daşıyan, gözlərini qırpmadan düşmənə sinə gərib ölümün üzərinə gedən qəhrəman oğullarımız bəxş ediblər".

Sonra müsabiqənin nəticələri elan edilib.

Redaksiyanın əməkdaşları Vahid Məhərrəmov, Züleyxa Əliyeva və Ülkər Xaspoladova vətənpərvərlik mövzusunda məqalələrinə görə qalib elan olunublar.

Qeyd edək ki, 1974-cü il noyabrın 16-da Bakıda dünyaya göz açan Elgün İsmayılov 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində Füzuli rayonuna göndərilib. Bir il sonra - 1994-cü ilin yanvarında briqadanın yeri dəyişdirilərək Kəlbəcər bölgəsinə - Murovdağ istiqamətinə göndərilib. Burada bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. Elgün İsmayılov həmin il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatların gətirilməsi üçün yola çıxan 4 nəfərlik kəşfiyyat dəstəsində yer alıb. Bu tapşırıq zamanı düşmən hücumuna məruz qalan və son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalan Elgün İsmayılov Bakıda torpağa tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri