ABŞ Rusiya və İranın bəzi hərbi kəşfiyyat idarələrinə sanksiyalar tətbiq edir
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyində olan Koqnitiv Dizayn İstehsalat Mərkəzinə (CPDC), Rusiyanın qeyri-kommersiya fondu olan Geosiyasi Ekspertiza Mərkəzinə və iki Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında deyilir.
Qeyd olunub ki, analitik mərkəzin direktoru Valeri Korovin məhdudiyyətlərə məruz qalıb. Bundan başqa, Olesya Mendeleyeva Maqnitski qanunu əsasında Amerikanın ”qara siyahı”sına salınıb.
Korovin və onun rəhbərlik etdiyi Geosiyasi Ekspertiza Mərkəzi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə iddia edilən müdaxiləyə görə sanksiya siyahısına daxil edilib.
Dövlət Departamentinin izahatında göstərilib ki, Mendeleyeva Moskvanın Krasnoselski rayonunun keçmiş deputatı Aleksey Qorinovun məhkəməsində iştirak etdiyinə görə sanksiyalara məruz qalıb.
“Bugünkü sanksiyalar İranın bizim demokratik təsisatları sarsıtmaq cəhdlərini, Rusiyanın qlobal təsir kampaniyalarını və kiberfəaliyyətlərini pozan ABŞ hökumətinin çoxsaylı əvvəlki hərəkətlərinə əsaslanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 31 Dekabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















