Icma.az
close
up
RU
ABŞ səfirliyinin küçə yarqonu

ABŞ səfirliyinin küçə yarqonu

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son zamanlar ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində ölkəmizə qarşı əsassız statuslar paylaşılır. 

Səfirliyin son statusu daha çox diqqəti çəkib. Statusda qeyd olunur ki, guya ölkəmizdə insan hüquqları və azadlıqları tapdalanır, 300-dən çox siyasi məhbus var. “Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. 

Bu ayın “ən məşhur”ları AzTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcəkdir,” – deyə səfirliyin “Facebook” səhifəsində küçə yarqonundan istifadə edilib. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ səfirliyinin bu davranışları diplomatik qaydalara ziddir: 

“Diplomatik davranış qaydaları və ifadələri pozanlar özlərinin gücsüz olduqlarını hiss edirlər. ABŞ-nin Azərbaycandakı səfirliyi həm haqsız olduğu, həm də gücsüz hiss etdikləri üçün bu kimi küçə jarqonlarına baş vurur.

Onlar diplomatiyanı adiləşdirirlər, diplomatiyanı gözdən salan ifadələr işlədirlər. Məsələnin ən təəssüf doğuran məqamlardan biri budur ki, ABŞ səfirliyinin əməkdaşları insan hüquqları və azadlıqları bəhanəsi altında gizlənməklə bu kimi davranışlar sərgiləyirlər. 

Bununla paralel, Azərbaycan cəmiyyətinə mesaj ötürməyə çalışırlar. Bu kimi davranışların mahiyyəti ABŞ səfirliyinin kim olduğunu və nə üçün bunu etdiklərini açıq şəkildə büruzə verir. Ona görə də hesab edirəm ki, çox da uzun müddət keçmədən, yəni yanvarın 20-də ABŞ-də formalaşacaq yeni administrasiya diplomatik nizam qaydalarını nəzərə alıb ABŞ-Azərbaycan münasibətlərində müsbət proseslərə təkan verəcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri