Icma.az
close
up
RU
ABŞ senatoru Ukraynaya genişmiqyaslı dəstək planlarını açıqladı KONKRET

ABŞ senatoru Ukraynaya genişmiqyaslı dəstək planlarını açıqladı KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ Senatının üzvü Lindsi Qrem Ukraynaya genişmiqyaslı dəstək üçün yeni tədbirləri elan edib. Onun sözlərinə görə, bu tədbirlər Rusiya aktivlərinin dondurulmuş vəsaitlərinin istifadəsini və Avropa müttəfiqlərinə silah satışını əhatə edəcək ki, bu da dolayı yolla Ukraynaya yardım olacaq.

KONKRET.az xəbər verir ki, senator Qrem ABŞ Maliyyə naziri Skott Bessentin Avropa İttifaqının təklif etdiyi kimi sadəcə faizlərin verilməsinə qarşı olduğunu və daha sərt addımların atılmasını istədiyini vurğulayıb. O, yaxın günlərdə bu istiqamətdə vacib açıqlamaların olacağını bildirib.

CBS jurnalisti Cim Laportanın Ukrayna ordusunun artilleriya və pilotsuz uçuş aparatları çatışmazlığı səbəbilə 2026-cı ildə əhəmiyyətli əraziləri itirə biləcəyi barədə sualını cavablandıran Qrem, yeni planın silah satışını da əhatə etdiyini deyib. O bildirib ki, artıq Ukrayna ilə trilyonlarla dollar dəyərində faydalı qazıntılar üzrə razılaşmalar var və ABŞ bu potensialdan istifadə etməyə hazırlaşır.

Senator əlavə edib ki, Avropanın zəifləyəcəyinə və ABŞ-ın Ukraynaya dəstəkdən yorulacağına ümid edən Rusiya prezidenti Vladimir Putin sərt şəkildə yanılıb. “NATO daha böyük və güclüdür. Biz Ukraynanın zorla işğal olunmasına imkan verməyəcəyik,” – deyə Qrem qeyd edib.

Qrem həmçinin ABŞ Konqresinin yaxın zamanda ölkə tarixində ən sərt sanksiyalar paketini qəbul edəcəyini və bu paketlə prezident Donald Trampa “əsl çəkic” veriləcəyini bildirib. Onun sözlərinə görə, əsas pozucular Çin, Hindistan və Braziliyadır. “Hindistan Rusiyadan ucuz neft alıb satır – bu iyrəncdir,” – deyə senator bildirib.

Sonda Qrem əlavə edib ki, müharibəni yalnız prezident Trampın yekunlaşdıra biləcəyinə inanır: “Putinə dəstək verən ölkələr seçim etməli olacaqlar – ya ABŞ iqtisadiyyatı, ya da Putin. Çin, Hindistan və Braziliya əgər bu yolla davam etsələr, ciddi zərbə alacaqlar.”

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 İyul 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri