Icma.az
close
up
RU
ABŞ Şərqi Avropadan geri çəkilirmi?

ABŞ Şərqi Avropadan geri çəkilirmi?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton-Moskva münasibətlərinin yumşalması fonunda Avropa dövlətlərində milli təhlükəsizliklə bağlı gərginlik artır. Xüsusilə qitənin şərqindəki ölkələr və onların xalqları Rusiyanın Ukraynadan sonra bu istiqamətdə mümkün geniş miqyaslı hücumundan əndişələnirlər.

Narahat olmaq üçün isə kifayət qədər əsaslar var. Pentaqon artıq Avropanın təhlükəsizlik çətiri rolunda çıxış etmək niyyətində deyil. Qitə əhalisinin müdafiə xərcləri komfortlu dönəminə son qoyula bilər. Avropa istər-istəməz öz hayına qalmalıdır.

Bu arada ABŞ Prezidenti Donald Tramp ölkəsinin Şərqi Avropada hərbi iştirakını azaltmağa qərar verib. Qərb mediası yazır ki, Pentaqon hazırda Şərqi Avropadan 10 min nəfərədək hərbçinin çıxarılması imkanını nəzərdən keçirir. Xəbəri BBC yayıb.

Qeyd edək ki, 2022-ci ildə Co Bayden administrasiyası Rusiyanın Ukraynaya hücumundan bir müddət sonra Ukrayna ilə həmsərhəd ölkələrə 20 min nəfərlik hərbi kontingent göndərmişdi. İndi həmin hərbçilərin, təxminən, yarısı geri qaytarılacaq.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “Polsat” telekanalına müsahibəsində bildirib ki, bu ölkənin Jeşuv şəhərindəki ABŞ hərbi kontingentinin istifadə etdiyi hərbi texnikanın bir hissəsi elə orada qalacaq. “Abrams” tanklarına xidmət göstərilməsi üçün istifadə olunan avadanlıq artıq lazım deyil, çünki Kiyevə hərbi yardım göndərən dövlətlər Ukraynada texnikaya özləri xidmət göstərir”, - deyə o əlavə edib.

Nazir dəqiqləşdirib ki, Jeşuvda bir neçə yüz amerikalı hərbçi yerləşdirilmişdi, indi onlar Polşada başqa hərbi bazalara köçürüləcəklər. Siyasətçi həmçinin Polşa hakimiyyətinin ABŞ kontingentinin Jeşuvdan çıxarılması barədə əvvəlcədən məlumat verməməsinə aydınlıq gətirib: “Biz bunu edə bilməzdik, amerikalılar bunu çox ciddi şəkildə xahiş etmişdilər”.

Varşava özünün təhlükəsizliyi ilə bağlı konkret addımlar atmağa başlayıb. İlk növbədə, ölkədə əsgər sayını artırmaq məsələsi gündəmə gətirilib. Baş nazir Donald Tusk jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Varşava mümkün təhdidləri nəzərə alaraq, Polşada məcburi hərbi mükəlləfiyyəti bərpa etmək planı üzərində işləyir.

Polşanın Silahlı Qüvvələri artıq 3 ildən çoxdur ki, qonşusu Ukrayna ilə müharibə aparan Rusiya ilə müqayisədə xeyli azdır. Son məlumatlara görə, hazırda Rusiyanın 1,3 milyon, Ukraynanın isə 800 min hərbçisi olduğu halda, Polşanın yalnız 200 min civarında əsgər və zabiti var. Varşava ölkədə silahlı qüvvələrin sayını azı 500 minə çatdırmaq istəyir.

Təhlilçilər qeyd edirlər ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bir çox Avropa ölkələrinin hərbi çağırışa baxışı dəyişib. Xüsusilə də coğrafi baxımdan Rusiyaya daha yaxın olan dövlətlər silahlı qüvvələrini gücləndirmək istəyirlər.

Qeyd edək ki, Latviya da hərbi kontingentini artırmağı planlaşdırır. 2006-cı ildə məcburi hərbi xidməti ləğv etmiş bu Baltikyanı ölkə 2023-cü ildən etibarən, kişilər üçün 11 aylıq məcburi əsgərlik başladıb. Latviyalı qadınlar könüllü olaraq hərbi xidmətə gedə bilərlər.

Latviyanın Baş naziri Edgars Rinkevics bir müddət əvvəl mediaya açıqlamasında bildirib ki, yaxın gələcəkdə digər bir neçə Avropa ölkəsi də eyni addımı atmalı olacaq. Belə ki, Qərbi Avropada bir çox dövlətlər İkinci Dünya və “soyuq” müharibələrdən sonra hərbi xidmətə məcburi çağırışı ləğv ediblər.

Lakin qitədə bu modeldən əl çəkməyən ölkələr də var. Məsələn, son illər ərzində Ukrayna, Litva, İsveç və Latviya da məcburi əsgərliyi bərpa edib. Məlum olduğu kimi, ABŞ administrasiyası “köhnə qitə”dəki “müttəfiqlərinin” öz milli təhlükəsizliklərinin qayğısına özlərinin qalmalı olduğunu bildirib.

Yeri gəlmişkən, Ağ evin bu tələbi NATO-nun gələcək taleyini sual altında qoyur. Düzdür, bu günlərdə ABŞ-ın dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqton alyansın tarix səhnəsindən yox olmasını istəmir, əksinə alyansın güclənməsində maraqlıdır. Amma vəd ayrı, əməl ayrıdır. Reallıq budur ki, NATO Avropada əsgər sayını, deməli əvvəlki qüdrətini itirir.

İki gün əvvəl Ağ evin yeni administrasiyası təxminən 1 trilyon dollar məbləğində müdafiə büdcəsini təsdiqləyib. Prezident Donald Tramp bildirib: “Biz pula qənaət edirik, lakin ordu qurmağa ehtiyacımız var və güclü olmalıyıq. Çünki indi ətrafda çox pis qüvvələr var!” D.Tramp belə bir faktı da əlavə edib ki, bu, ABŞ-ın ordu üçün indiyədək qəbul etdiyi ən böyük büdcə olacaq.

Rusiya–Ukrayna müharibəsində isə vəziyyət günbəgün pisləşir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “LB.ua”ya müsahibəsində bildirib ki, Rusiya Ordusu Sumı və Xarkov vilayətlərinə genişmiqyaslı yeni hücuma başlayıb. Moskva isə bildirib ki, dünən Rusiyanın 11 regionu üzərində 158 PUA zərəsizləşdirilib. Hər iki tərəfdən ciddi dağıntılar və canlı itkilərin olduğu bildirilir.

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri