Icma.az
close
up
RU
Ermənistan ərazi iddialarından geri çəkilirmi?

Ermənistan ərazi iddialarından geri çəkilirmi?

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ermənistanın mövqeyində qəribə dəyişikliklər baş verir. Baş nazir Nikol Paşinyan deyib ki, Qarabağa iddialar Ermənistanın Konstitusiyasından çıxarılacaq; Əsas Qanunda İstiqlal Bəyannaməsinə istinad aradan qaldırılacaq. O bildirib ki, Qarabağ hərəkatının davam etdirilməsinə göstərilən hər cəhd dağıdıcıdır, çünki bu məsələ Ermənistanın müstəqilliyini məhdudlaşdırmağa yönəlib.

Azərbaycan bunu 30 ildən çoxdur deyir. İndi Ermənistan hökuməti Azərbaycanın dediyinə gəlir (ya da gəlməyə başlayıb). Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında, müsahibələrində dəfələrlə deyib ki, Azərbaycanın ərazilərinə iddialar Ermənistanın özünün də əl-qolunu bağlayır, inkişafdan qoyur. Bunun ən bariz sübutu Ermənistanın mühüm nəqliyyat-kommunikasiya xətlərindən, nəhəng geostrateji layihələrdən kənarda qalmasıdır. İndi Azərbaycan yenə də yeni layihələrin təşəbbüskarı və mərkəzi ölkəsi halına gəlib. Məsələn, Orta Dəhlizin genişləndirilməsinə baxaq. Burada Azərbaycanla yanaşı Ermənistan üçün də ciddi, miqyaslı perspektivlər açılıb. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq versə, çox nəhəng iqtisadi, maliyyə imkanları əldə edəcək. Eləcə də, siyasi müstəqilliyini daha da möhkəmləndirmiş olacaq. Zəngəzur dəhlizi açılsa, Çindən Avropaya, Avropadan Çinə daşınan yüklər Ermənistan ərazisindən də keçəcək. O zaman Ermənistanın müstəqilliyinə, tutaq ki, Rusiyadan edilə biləcək hər hansı qəsd ehtimalının qarşısında Çin də duracaq. Eləcə də, Türkiyə, ABŞ və sair. Bunu Ermənistanda da, əslundə, başa düşürlər, ancaq Nikol Paşinyan daha qətiyyətli addımlar ata bilmir. Bu gün Ermənistanın müstəqilliyinə təhlükə təkcə Rusiyadan qaynaqlanmır, İran da var. Fransa da var. Tehran İrəvana təzyiq edir; Zəngəzur dəhlizini açmağa imkan vermir. Eynilə də Fransa bütün gücü ilə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalannasın, müharibə ehtimalı aktual olaraq qalsın. O səbəbdən, Ermənistan rəhbərliyinin dedikləri ilə əməlləri çox zaman üst-üstə düşə bilmir, düşmür də. Məsələn, Paşinyan bir yandan Kobstitusiyada dəyişiklik ediləcəyini, Azərbaycana qarşı iddiaların aradan qaldırılacağını deyir, sülh sazişinin daha iki bəndi ilə bağlı razılığa gəlir, o biri tərəfdən, Avropa İttifaqının Müşahidə Missiyası adı aktında kəşfiyyat xidmətini Azərbaycanla şərti sərhədlərdən çıxarmır. İranla birlikdə hərbi təlim keçirir. Silahlanmaya davam edir. Terrorçu qrupları Azərbaycanla şərti sərhədə gətirir, şərti sərhəddə Azərbaycana qarşı silahlı təxribatlar törədir və saur və ilaxır.

Azərbaycan, bəli, addım-addım istədiyinə nail olur. Ermınistanı hər dəfə geri çəkilməyə, üstündə israr etdiyi məsələlərdə mövqeyini dəyişməyə sövq edə bilir. Ancaq qarşı tərəf hələ də səmimi deyil; aldadıcı manevrlər etməkdən də əl çəkmir, vaxtı uzatmağa, sülhü ləngitməyə hər dəfə bir bəhanə tapır, hər dəfə bir yol qoyur. Bir ayağı həmişə qaçaraqdadır. Paşinyan Konstitusiyadan Azərbaycana qarşı iddiaların çıxarılacağını desə də, bunun 2026-cı ilin mayında referendumla olacağını da bildirir. Yəni daha bir il taym-aut götürməyə çalışır.

Bütün bunlara baxmayaraq, Azərbaycan öz haqlı mövqeyində israrlıdır; istədiyini əvvəl-axır alır və alacaq. Azərbaycan prezidentinin indiyədək nümayiş etditdiyi siyasi üslub belə düşünməyə tam əsas verir; İlham Əliyev adətən dediyini edir. Verdiyi sözü tutur və öz mövqeyində ardıcıldır. Bu, təkcə düşmənə və ya rəqibə qarşı belə deyil, dostlara da, hər kəsə qarşı belədir. Məsələn, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə "işğalçı güc" olaraq rəsmən tanımış oldular. Ancaq Azərbaycan bu dost, qardaş ölkələrdən fərqli mövqe tutdu: Şimali Kiprin türk xalqıba, cümhuriyyətinə, eləcə də, Türkiyəyə dəstəyini bir daha göstərdi.

Təkcə bu fakt Ermənistan üçün ibrətli olmalıdır; Azərbaycan imzalanacaq sazişin, bölgəyə gələcək sülhün Ermənistan üçün də faydalı olacağını deyirsə, Azərbaycanla və Türkiyə ilə normal münasibətlərin Ermənistan dövlətinə gerçək müstəqillik və cəmiyyətinə rifah gətirəcəyini deyirsə, deməli, bu, belə də olacaq. Çünki, daha əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan prezidenti sözü boş yerə demir.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri