ABŞ silah şirkətləri Ukraynadan kömək istəyir “Amerika dronları döyüş meydanında uğursuzdur...”
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Heç bir Amerika şirkəti Ukrayna ilə ayaqlaşa bilmir. Amerika daha yaxşı dronların yaradılmasında kömək üçün Ukraynaya müraciət edib”.
“AzPolitika” bildirir ki, bu barədə “The Wall Street Journal” qəzetində dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, Amerika pilotsuz təyyarələri texnologiyası döyüş meydanında uğursuz olduğunu göstərib, buna görə də startaplar ABŞ ordusu üçün daha təkmil, döyüş sınaqlarından keçmiş PUA-lar yaratmaq üçün Ukrayna istehsalçılarına müraciət ediblər.
Müdafiə Nazirliyinin hesablamalarına görə, ABŞ-nin ildə 100 min pilotsuz təyyarə istehsal etmək gücü var. Keçən il Ukrayna iki milyondan çox dron istehsal edib.
ABŞ silah istehsalçısı CX2-nin həmtəsisçisi Nathan Mintz qəzetə bildirib: "Onların istehsalçıları əla işləyir və bütün modellərini döyüş şəraitində sınaqdan keçirmək üçün ən yaxşı laboratoriyalara malikdirlər".
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 12 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















