BirKart istifadəçisi SOCAR ödənişlərində keşbek problemi yaşayır ŞİKAYƏT VAR FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
BirKart istifadəçisi SOCAR yanacaqdoldurma məntəqəsində etdiyi ödənişlə bağlı keşbek probleminin həll olunmamasından şikayətçidir.
Avtosfer.az xəbər verir ki, vətəndaş 6 dekabr tarixində rəsmi SOCAR yanacaqdoldurma məntəqəsində 56 manatlıq yanacaq doldurub və ödənişi BirKart vasitəsilə həyata keçirib. Onun sözlərinə görə, BirKart-ın reklam və istifadə şərtlərində SOCAR yanacaqdoldurma məntəqələrində 5 faiz keşbek vəd edilsə də, faktiki olaraq karta cəmi 0,39 manat bonus geri qaytarılıb. Şikayətçi bildirir ki, keşbek SOCAR kateqoriyası üzrə deyil, “bütün ödənişlər” kateqoriyası üzrə hesablanıb.
Vətəndaş məsələ ilə bağlı bankın müştəri xidmətinə müraciət etdiyini, lakin ona təqdim olunan cavabın narazılıq doğurduğunu deyir. Bildirilib ki, guya sözügedən yanacaqdoldurma məntəqəsi bank sistemində SOCAR kimi identifikasiya olunmur.
Şikayətçi bu arqumentlə razılaşmadığını vurğulayır və əlində rəsmi çekin olduğunu qeyd edir. Onun sözlərinə görə, çekdə SOCAR adı açıq şəkildə göstərilib, VÖEN qeyd olunub və ödəniş SOCAR-a məxsus rəsmi POS-terminal vasitəsilə həyata keçirilib. Buna baxmayaraq, bank əməkdaşları sənədlərin deyil, daxili sistem nəticələrinin əsas götürüldüyünü bildiriblər.
Vətəndaş hesab edir ki, müştəri MCC kodunun müəyyənləşdirilməsinə təsir göstərə bilmədiyi halda, bankın texniki və ya sistem səhvlərinin məsuliyyəti onun üzərinə qoyulmamalıdır. Şikayətdə o da vurğulanır ki, reklamda bir şərtlər təqdim olunur, praktikada isə tam fərqli qaydalar tətbiq edilir.
Şikayətçi bu məsələnin yalnız 0,39 manatla məhdudlaşmadığını, eyni vəziyyətin digər müştərilərin də başına gələ biləcəyini deyir və bank sektorunda istehlakçı hüquqlarının qorunması ilə bağlı suallar qaldırır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 23 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















