Sezer Bozkuş: Azərbaycan Xəzər hövzəsində mərkəzi iqtisadi aktor olacaq
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Azərbaycan-Türkiyə iqtisadi inteqrasiyası yeni geoekonomik məkan yaradır
Türkiyəli iqtisadçı: Bakı regionun əsas logistika qovşağına çevrilir
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı iqtisadi sahədə yeni mərhələyə qədəm qoyur. Bakıda keçirilən Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası və 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Tədbirlərdə 15 milyard dollarlıq ticarət hədəfi, investisiya imkanları və logistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Türkiyə liderləri arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq bu proseslər üçün möhkəm zəmin yaradır.
Bakırçay Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin dosenti, türkiyəli iqtisadçı Sezer Bozkuş Kahyaoğlu Sherg.az-a açıqlamasında keçirilən tədbirlərin iki ölkə arasındakı münasibətlərə təsirindən danışıb:
"Mətbuata əks olunduğu kimi, Azərbaycan Baş naziri Əli Əsədov və Türkiyə Cümhuriyyəti Prezidentinin müavini Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən Birgə İqtisadi Komissiyanın (BİK) iclasında iki ölkənin gələcək iqtisadi inteqrasiyasını formalaşdıracaq 110 maddəlik fəaliyyət planı təsdiqlənib. Bu çərçivədə ən mühüm məsələ Azərbaycan ilə Türkiyə arasında ticarətin inkişafına təkan verəcək nəqliyyat imkanlarının genişlənməsidir. Sözügedən proses regionda Azərbaycanın mərkəzi logistika qovşağına çevrilməsinə şərait yaradacaqdır. Bununla yanaşı, Azərbaycan Xəzər hövzəsində də mərkəzi mövqeyə sahib olacaq".
İqtisadçı Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin artmasının, Azərbaycanın Xəzər hövzəsində daha yüksək həcmdə ticarət əlaqələrinin formalaşmasına səbəb olacağını vurğulayıb:
"Bu bölgədə Azərbaycanın iqtisadi inkişafı yeni bir geoekonomik məkanın yaranmasına və ölkənin güclü regional aktora çevrilməsinə mühüm təsir göstərəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















