Icma.az
close
up
RU
“ABŞ siyasətində Trampın da əlayağını bağlayacaq mexanizm var...”

“ABŞ siyasətində Trampın da əlayağını bağlayacaq mexanizm var...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“NATO-nu dağıtmaq elə də asan prosedur deyil. Tramp bunu etmək istəsə belə, bu, qeyri-mümkündür. Təbii ki, o, qeyri-məqbul şərtlər, tələblər irəli sürməklə NATO sıralarını ciddi şəkildə təşvişə sala bilər, alyansı sarsıda bilər...”

“Birləşmiş Ştatları NATO-dan çıxarmaq və yaxud ümumiyyətlə, NATO-nu dağıtmaq elə də asan prosedur deyil. Tramp bunu etmək istəsə belə, bu, qeyri-mümkündür. Təbii ki, o, qeyri-məqbul şərtlər, tələblər irəli sürməklə NATO sıralarını ciddi şəkildə təşvişə sala bilər, alyansı sarsıda bilər. Amma bu halda NATO-nu tərk edən, uzaqbaşı, ABŞ ola bilər. Bir də Trampa bağlı Macarıstan, Slovakiya kimi ölkələr. Heç inanmıram, onlar da bu alyansı tərk edə, çünki onların da öz maraqları var. Onlar da anlayırlar ki, bu gün elə bir addım atsalar da,  dünyanın sonu deyil – sabah Vaşinqtonda hakimiyyət dəyişsə, tamam başqa bir situasiya ilə üzləşə bilərlər. Və üstəlik də, NATO-dan çıxmaqla Macarıstan və Slovakiya kimi ölkələr öz təhlükəsizlik təminatlarından imtina etmiş olarlar”.  

Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının “Tramp seçki kampaniyası və ondan da öncə deyilənlər kimi, ABŞ-ni NATO-dan çıxara və yaxud, ümumiyyətlə, bu alyansı dağıda bilərmi” sualını cavablandırarkən dilə gətirib.

“Yəni məsələlər deyildiyi qədər də sadə deyil. Təbii, Trampın hakimiyyəti çətinliklər yaradacaq, xeyli çətinliklər yaradacaq. Çünki Tramp özü qeyri-standart adamdır, adekvat adam deyil. Bunu hamı bilir, hamı anlayır. Amma ABŞ siyasətində Trampın da əl-ayağını bağlayacaq mexanizm mövcuddur.  Və düşünürəm ki, Tramp ABŞ siyasətinin oturuşmuş düzənini dəyişəcək gücdə deyil. İstənilən halda... Dəxli yoxdur, lap o, seçkiləri udmuş olsun, ən yüksək faizlə udmuş olsun... Birləşmiş Ştatlar dövlətinin bugünkü siyasi kontenti yüz ildən artıqdır oturuşub, davam edir və bu dövlətin siyasətini kökündən dəyişə biləcək prezident olmayıb, yoxdu və olmayacaqdır da. Mən buna əminəm...”

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri